Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Əri Rusiyada işləyən qadının başına gələnlər - ŞOK

Tarix 19.12.16, 14:09

Font ölçüsü : - / +
bitmap-img6


Şəmkir rayonunda quldurluq edən iki əmi oğlu həbs edilib. 

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb. 
Kənd sakini Günel Yusifova övladları ilə birlikdə yaşadığı fərdi evində iki nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Onlar silah qismində olan əşya ilə qadını hədələyərək pul tələb ediblər. 

Əri Rusiyada işləyən qadın pulu olmadığını deyib. Bu zaman həmin şəxslər qadını döyərək, ona xəsarət yetiriblər. Daha sonra onlar hadisə yerini tərk ediblər. 

Hadisə ilə bağlı Şəmkir rayon polis şöbəsinə müraciət edilib. Həmin şəxslərin üzlərində maska olub. Amma qadın onları səslərindən tanıyıb. Bildirib ki, evinə basqın edən şəxslər qonşuluqda yaşayan şəxslərdir.
 
Polis  əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 33 yaşlı Xəyal Həsənov və onun əmisi oğlu, 27 yaşlı Rəşad Quliyev saxlanılıblar.

Hər iki şəxs hadisə zamanı sərxoş olublar. Rəşad Quliyev istintaqa verdiyi ifadəsində bildirib ki, onu cinayətə əmisi oğlu təhrik edib. Bildirib ki, Xəyal ona qadının pulu, qızılı olduğunu deyib. O əlavə edib ki, evə girməkdə məqsədləri pul almaq olub. 

Faktla bağlı cinayət işi başlanıb. 



Xəbərin oxunma sayı : 3778




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap