Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərinin pullarını oğurlayıb sevgilisinə verdi - Şok cinayətin təfərrüatı

Tarix 01.02.18, 22:39

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda qadının həyat yoldaşına məxsus külli miqdarda pulu oğurlaması hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb

Əslən Saatlı rayonundan olan 40 yaşlı H.İ Binəqədi rayonu 9-cu mikrorayon A.Məmmədov küçəsindəki mənzildə quraşdırdığı seyfdən 57 700 dollar pulun son 3 ayda naməlum şəraitdə yoxa çıxması ilə bağlı polisə müraciət edib.

Araşdırmalarla pulların H.İ-nin həyat yoldaşı T.İ tərəfindən götürülərək sevgi münasibətində olduğu R.M-ə ötürdüyü üzə çıxıb.

Bildirilir ki, zərərçəkən H.İ peşəkar iqtisadçıdır. O, lizinq şirkətlərindən birində rəhbər vəzifədə çalışır. Ərinin pullarını gizli talayan qadın isə banklardan birində çalışıb və R.M ilə də bankda işlədiyi vaxt tanış olub.

Qeyd edək ki, H.İ ilə T.İ-nin nikahdan bir qız övladları var.(lent.az)


***

Bakıda külli miqdarda pul oğurlamış qadın tutulub. lent.az xəbər verir ki, Binəqədi rayonunda yaşayan şəxs keçən ilin oktyabrından bu ilin 27 yanvar tarixinədək evindəki seyfdən naməlum şəraitdə 57700 dolların oğurlanması ilə bağlı polisə müraciət edib. Aparılan araşdırmalarla həmin pulun kişinin həyat yoldaşı tərəfindən oğurlandığı və tanışı Ramin Muradova verdiyi üzə çıxıb. Qadın və pulu verdiyi tanışı tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.



Xəbərin oxunma sayı : 412




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap