Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Ruhaninin yenidən prezident seçilməsi Ermənistana geniş üfüqlər açır

Tarix 26.05.17, 3:18

Font ölçüsü : - / +
bitmap-img6


Gevorq Ağababyan

Yerkir (Ermənistan), 25.05.2017

Fəaliyyətdəki prezident Həsən Ruhani mayın 19-da İranda prezident seçkilərində səslərin 57%-i alaraq inamlı qələbə çalıb. İran ruhani rəhbəri, ayətullah Seyid Əli Xamenei və ölkə silahlı qüvvələri ona mütləq dəstək verib. Etiraf etmək olar ki, İran xalqı Ruhaninin simasında ölkə daxilində islahatlara və daha açıq xarici siyasətə səs verib. Ruhaninin qələbəsi İranın ən yaxın dörd ildə həm bölgə, həm də kürəsəl səviyyədə proqnozlaşdırılmasına zəmanət verir. Önəmlidir ki, birinci növbədə Ermənistan üçün. Yəqin ki, Ermənistan prezidenti seçkilərin nəticəsinin dərcindən dərhal sonra məhz buna görə Ruhanini qələbə münasibətilə təbrik etməyə tələsib. Serj Sərkisyan Ruhaniyə məktubunda “ənənə üzrə isti və dostcasına İran-Ermənistan münasibətinin inkişafı və bunun bütün sahələrdə möhkəmlənməsi” ilə bağlı əminlik ifadə edib və maraqlı bir vurğu edib ki, İran bölgədə barış və sabitliyin saxlanmasında önəmli töhfəyə malik olmağı davam etdirəcək. Rəsmi İrəvan bu qayda ilə aydın şəkildə bildirib ki, Tehranı bölgəsəl və kürəsəl təhlükəsizliyə təhdid rolunda deyil, əksinə, təhlükəsizlik qaynağı rolunda görür.

Ruhaninin yenidən seçilməsi bildirir ki, gündən-günə daha da konkret və iddialı və Ermənistan-İran gündəminin tərkib hissəsi olan  siyasi, iqtisadi, bölgəsəl kommunikasiya və energetika layihələri öz aktuallığını saxlayacaq. Söhbət Ermənistanın qaz-energetika sistemində İranın əhəmiyyət çəkisinin artması, Ermənistan ərazisindən Gürücstana, sonra, ola bilsin, Avropaya da qaz tranziti, yeni Türkmənistan-İran-Ermənistan  qaz və elektrik enerjisi zəncirinin formalaşması üzrə danışıqlar, Ermənistan vasitəsilə Fars körfəzi və Qara dənizi birləşdirən kommunikasiya dəhlizinin qurulmasından gedir. Söhbət həmçinin bu dəhliz çərçivəsində İranı Gürcüstanla birləşdirən Şimal-Cənub avtoyolu, İran-Ermənistan dəmiryolu inşası məsələsinin gündəlikdə saxlanması, vizasız rejim sayəsində mədəni əlaqələr və turizimin inkişafı üçün  açılmış geniş üfüq, Ermənistan vasitəçiliyi ilə İranın AİB-ə inteqrasiyası prosesindən gedir. Ruhaninin şəxsi ardıcıllığı sayəsində sözügedən bütün istiqamətlər üzrə mübaliğəsiz tərəqqi təmin etmək mümkün olub. O, Ermənistanın bölgəsəl iqtisadi, siyasi, kommunikasiya rolunu artırmaq və Ermənistanı Cənubi Qafqazda özünün əsas strateji tərəfdaşı saymağı aydın şəkildə sərgiləyib. Bu, Ruhaninin keçən ilin dekabrında Ermənistana rəsmi səfəri zamanı xüsusən təsdiq olundu. Heç bir şübhə yoxdur ki, fors-major durumlar olmasa, ən yaxın illərdə bu yönlərdə ciddi irəliləyiş gözləmək mümkündür. İran ətrafındakı həm çağırış və rikslərlə, həm də şanslarla dolu yeni beynəlxalq atmosfer buna şərait yaradır.

Ruhani İran üçün yetərincə mürəkkəb bir dövrdə ölkəyə rəhbərliyi öz üzərinə götürüb. ABŞ-ın yeni administrasiyasının İranı hədəfləməyi olduqca təhlükəli bəlirtilər qazanır. ABŞ prezidenti İranda prezident seçkiləri günü ilk rəsmi səfərini İran üçün düşmən ölkəyə – Səudiyyə Ərəbistanına edib ki, sünni ərəb ölkələri ilə birlikdə çoxmənalı “Biz birlrikdə qüvvəyik” şüarlı “ABŞ-İslam dünyası” forumuna qatılsın. Tramp bu forumda İranı beynəlxalq terrorizmin birnömrəli təhlükəsi adlandırıb, dövlət katibi Reks Tillerson isə bildiirb ki, ABŞ bölgəsəl tərəfdaşları ilə birlikdə İran hegemoniyasına qarşı fəaliyyət göstərəcək. Tillerson eyham vurub ki, Trampın Ər-Riyad səfəri yeni antiiran Amerika-sünni alyansı qurmaq və bölgədəki dayaq nöqtəsini Türkiyədən Səudiyyə Ərəbistanına keçirmək məqsədi güdür. Vaşinqton və Ər-Riyad bu səfərin gedişində 380 milyard dollar məbləğədək görünməmiş sayda hərbi və hərbi-texniki müqavilələr imzalayb. Bu fitnəkar addımlar İranla Səudiyyə Ərəbistanı arasındakı münaqişəni kəskinləşdirəcək, İranı Rusiya və Çinlə, qismən də AB ilə münasibətlərdə dəstək aramağa məcbur edərək Suriya böhranını uzadacaq. ABŞ-ın Türkiyəni artıq özünün etibarlı müttəfiqi saymadığı, bu qabaqcıl rolu Səudiyyə Ərəbistanına verdiyi faktı İran-Türkiyə bölgəsəl taktiki qarşıdurmasını bir qədər zəiflədir. Xüsusən də kürd məsələsində iki ölkənin mövqeyinin üst-üstə düşdüyü və onların Rusiya ilə birlikdə Suriya münaqişəsində formalaşdırdığı uğurlar nəzərə alınsa. Lakin, ola bilsin, Bakının aşkar antiiarn mövqeyi nəzərə alınmaqla Tehran bunun əvəzində Azərbaycanla münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur olacaq.

Bundan savayı, Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə “OIC Journal”-ə müsahibədə Pakistan və Türkiyədən başqa Azərbaycanın müttəfiqləri içində Səudiyyə Ərəbistanını da xatırladıb. Həmçinin İranın əsəbi reaksiyasına məhəl qoymayaraq Ər-Riyadda keçirilən ABŞ-müsəlman ölkələri antiiran sammitinə də qatılıb. Tehranın bu jestləri yüngüllüklə həzm edəcəyini təsəvvür etmək çətindir. İran ətrafında qütbləşmə kontekstində gələcəkdə İran-Azərbaycan münasibətlərinin  müəyyən dərəcədə redaktəsinin şahidi ola bilərik. Tehran bu halda sabit və etibarlı tərəfdaş kimi Ermənistanla dostluq münasibətlərini daha çox qiymətləndirəcək. Xüsusən də prezident Serj Sərkisyan öz məktubunda İranı Ermənistanla vahid təhlükəslzik sisteminin tərkib hissəsi saydığına işarə vurarkən.

Bu durumdan istifadə etmək lazımdır. Həsən Ruhani keçən ilin dekabrında İrəvanda Ermənistan prezidentini İrana səfərə dəvət edib. Onun təkrar seçilməsi, Tehranın Azərbaycanla münasibətlərində yeni inkişaf, Rusiya-İran-Çin oxunun ehtimal edilən formalaşması, AB-nin İranla qitisadi əlaqələr qurmağa aşkar cəhdləri yaxşı ilkin şərtlər yaradır ki, bu yedəkdən mümkün qədər tez istifadə olunsun və ikitərəfli münasibətlər yeni səviyyəyə keçirilsin.(tərcümə Strateq.az) 



Xəbərin oxunma sayı : 139




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap