“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Rusiya-Çin ittifaqı əbədi davam edə bilməz“ - Emmanuel Makron

Tarix 16.02.20, 8:43

Font ölçüsü : - / +
bitmap-img6


Fransa prezidenti Emmanuel Makron Avropa ölkələri ilə Rusiya arasında münasibətlərin iki mümkün ssenarisini açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, E.Makron bununla bağlı fikirlərini Təhlükəsizlik üzrə beynəlxalq Münhen konfransının iştirakçıları ilə paylaşıb.

Onun sözlərinə görə, birinci ssenariyə əsasən Avropa Rusiya ilə münasibətlərdə daha sərt mövqe sərgiləyərək ona təzyiqlərini artıracaq.

İkinci variant isə Avropa liderlərinin öz dəyərlərindən və təsir imkanlarından vaz keçmədən Moskva ilə strateji dialoqu gücləndirilməsini nəzərdə tutur.

Fransa lideri ikinci seçimin daha əlverişli göründüyünü, Rusiyanın Avropanın vacib bir qonşusu və Yaxın Şərq kimi böhranların nizamlanmasında, habelə qlobal təhlükəsizlik sahəsində potensial partnyor olduğunu qeyd edib.

Fransa dövlət başçısı bundan başqa hazrıda möhkəm görünən Rusiya-Çin ittifaqının əbədi qalacağına da şübhə ilə yanaşdığını bildirib. Emmanuel Makronun fikrincə, məhz Avropa 2013-2014-cü illərdə apardığı siyasətlə Rusiyanı Çinin ağuşuna atıb.

Xatırladaq ki, bu ilin fevral ayının 4-də Fransanın Ukraynadakı səfiri Etyen de Ponsen rəsmi Parisin Rusiya ilə dialoqu sürdürəcəyini, bu vaxta qədər Kremlə göstərilən təqzyiqin heç bir nəticə vermədiyini deyib. Diplomatın rəyinə əsasən, rusları uzun üddət “izolyasiyada saxlamaq nə yaxşı taktika, nə də doğru strategiya” olub.

Hələ ötən ilin noyabr ayında Emmanuel Makron Avropa Birliyinin Polşa və Baltikyanı ölkələrə rəğmən Rusiya ilə dialoqu bərpa etməli olduğunu söyləmişdi.



Xəbərin oxunma sayı : 160




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap