![]() |
|














”Rusiya iki ölkəni NATO-ya sürükləyir” - “Sanki çağdaş dövrün vikinqləridir onlar...“
Tarix 13.01.22, 12:52 |
|

ABŞ-ın “Bloomberg” agentliyi “Rusiya Finlandiya və İsveçi NATO-ya sürükləyir” başlıqlı məqalə yayıb. Məqalənin müəllifi 40 il ABŞ Silahlı Qüvvələrində xidmət keçmiş, son illərdə adı ABŞ-ın vitse-prezidenti, dövlət katibi postlarına namizədlər cərgəsində hallanmış Ceyms Stavridisdir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı, beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru Ceyms Stavridis 1990-cı illərdə minadaşıyan gəmi kapitanı, mindaşıyan gəmi eskadrasının komandanı, 2002-2004-cü illərdə atom gəmisi kapitanı, 2006-2009-cu illərdə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının baş komandanı, 2009-2013-cü illərdə NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin ali baş komandanı olub. İstefaya çıxandan sonra bir müddət Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbinin dekanı işləmiş Ceyms Stavridis hazırda da mühüm postlar tutur. O, Rokfeller Fondunun İdarə Heyətinin sədri və ABŞ-ın ən nəhəng investisiya fondlarından olan, 150 milyard dollar dəyərində səhmləri idarə edən “Carlyle Group” fondunun beynəlxalq məsələlər üzrə sədr müavinidir. Ceyms Stavridis həmçinin “Bloomberg”in icmalçısıdır. Onun sonuncu kitabı “2034: Növbəti dünya müharibəsi haqqında roman” adlanır.
Novator.az saytı Ceyms Stavridisin “Bloomberg”də dərc olunan məqaləsini ingiliscədən çevirib. Məqaləni təqdim edirik:
Hazırda bütün diqqət Rusiya Prezidenti Vladimir Putinə, onun Ukrayna sərhədinə yüz minlik qoşun yığaraq, sərhəddə gərginlik yaradaraq irəli sürdüyü tələblərə yönəlib.
Putin Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) Ukraynanın heç vaxt bu alyansa qəbul edilməyəcəyi barədə zəmanət istəyir. Faktiki olaraq o, NATO-da cəmlənmiş 30 ölkənin başı üzərindən alyansa üzvlük məsələsində veto hüququna yiyələnməyə iddia edir.
Avropanın şimalındakı iki güclü və müstəqil demokratik dövlət – İsveç və Finlandiya isə diqqətdən kənarda qalıb. Hər iki ölkə uzun müddətdir NATO ilə sıx əlaqədədir, amma heç biri alyansın üzvü deyil.
Ötən ilin sonunda Rusiya Xarici İşlər Nazirliyi bu ölkələrlə bağlı verdiyi bəyanatda İsveçlə Finlandiyanın NATO-ya qoşulması ideyasından narazılığını ifadə edib.
Amma bu cür yanaşma Rusiyanın özünün əleyhinə işləyə və sözügedən iki Skandinaviya ölkəsinin NATO-ya üzv olmaq niyyətini daha da ciddiləşdirə bilər.
Finlandiyanın, İsveçin coğrafi mövqeyini, hərbi potensialını nəzərə alsaq, bu, NATO üçün yeni imkanların açılması demək olardı.
Gəlin görək, ABŞ və NATO məsələyə necə reaksiya verməlidir.
Mən NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin ali baş komandanı olanda İsveç və Finlandiya qoşunları ilə çox əlaqə saxlamışam, neçə dəfə hər iki ölkəyə səfər edib danışıqlar aparmışam. Hər dəfə mən qarşımda aslan kimi döyüşməyə qadir hərbçilər görürdüm. Mən İsveç əsgərlərini Balkan ölkələrində qarovula göndərirdim. Ucaboy İsveç əsgərlərini. Sanki çağdaş dövrün vikinqləridir onlar.
Finlandiyada Qış Müharibəsi Muzeyində olmuşam. Bu muzey 1939-40-cı illərdə Rusiya (SSRİ) ilə Finlandiya arasında baş vermiş, tarixə "Qış müharibəsi" kimi düşmüş savaşın xatirəsini yaşadır. Baxdıqca qürur duyurdum.
Hər iki ölkənin ordusu yüksək texnologiyalı döyüş vasitələri ilə təchiz olunub. Burada İsveç Hərbi Hava Qüvvələrini xüsusi qeyd etmək istərdim: onun arsenalında yerli istehsal olan “Saab Gripen” qırıcıları var. 2011-ci ildə mənim komandanlığım altında Liviyada gedən döyüşlərdə həmin qırıcılar nəyə qadir olduğunu çox yaxşı sübuta yetirib.
Finlandiya bu yaxınlarda dünyanın ən müasir döyüş təyyarəsi sayılan “Lockheed Martin F-35” qırıcıları sifariş edib, özü də 64 ədəd.
Həm Finlandiya, həm də İsveç Əfqanıstana və Balkan dövlətlərinə qoşun çıxarmış ölkələrdəndir. Hər iki ölkədə həqiqi hərbi xidmətə çağırış sistemi qüvvədədir. Finlandiyada da, İsveçdə də mülki əhaliyə hərbi hazırlıq keçilməsi kimi ənənə hökm sürür.
Soyuq müharibə dövründə – on illər boyu Finlandiya və İsveç neytral mövqe tutub və bu hər yerdə hörmətlə qarşılanıb. O dövrdə bu ölkələr istər Qərblə, istərsə də Sovet İttifaqı ilə diplomatik münasibətləri və ticarət əlaqələrini qoruyub saxlaya bilib.
Həmin illərdə aparılmış istimai rəy sorğuları İsveç və Finlandiya vətəndaşlarının böyük əksəriyyətinin bu müstəqil kursu – heç bir tərəfə calanmamaq kursunu həmişə ən düzgün yol kimi qiymətləndirdiyini göstərib.
Amma son illərdə, daha dəqiqi, 2008-ci ildə Rusiya Gürcüstana, 2014-cü ildə isə Ukraynaya hərbi müdaxilə edəndən bəri məsələyə münasibət dəyişməkdədir.
2022-ci ilin gəlişi münasibətilə çıxış edərkən Finlandiya Prezidenti Sauli Niinistö ölkəsinin NATO-ya üzv olmaq məsələsini nəzərdən keçirəcəyini bəyan edib. Baxmayaraq ki, rəy sorğuları cəmiyyətdə NATO-ya üzvlük məsələsində hələ də fikir ayrılığının olduğunu göstərir.
NATO finlandiyalıları və isveçliləri böyük məmnuniyyətlə qarşılamalıdır, amma onları alyansa qoşulmağa təhrik də etməməli, buna nail olmaq üçün kənardan heç bir təzyiq göstərməməlidir.
Stokholmda və Helsinkidə (İsveç və Finlandiyanın paytaxtları) hərbi rəhbərlikdə təmsil olunan yüksək rütbəli şəxslərlə söhbətlərimdən belə qənaətə gəlmişəm ki, ən yaxşısı bu ölkələrə heç bir öhdəlik götürmədən NATO-ya üzv ola biləcəklərini hiss etdirməkdir. Yəni biz sizi bunsuz da canla-başla alyansa qəbul etməyə hazırıq.
Mən tez-tez onlara deyirdim: “Əgər siz nə vaxtsa NATO-ya qoşulmaq istəsəniz, bunu çərşənbə günü bizə xəbər edin ki, cümə günü sizi alyansa qəbul edə bilək”.
Bu, NATO-ya üzv olmaq üçün digər ölkələrin, o cümlədən Makedoniya və Monteneqronun keçdiyi uzun və keşməkeşli yolla ziddiyət təşkil edir. Mən hələ Ukrayna və Gürcüstanın üzvlüyə qəbulu üçün irəli sürülmüş, sonu görünməyən Fəaliyyət Planını demirəm.
Hələliksə NATO sakitcə Finlandiya və İsveçə bildirməlidir ki, alyansın qapıları onların üzünə həmişə açıqdır. Eyni zamanda bu dövlətlərlə hərbi təlimlər davam etdirilməli, finlandiyalıların və isveçlilərin NATO-nun hərbi əməliyyatlarında iştirakı alqışlanmalıdır.
ABŞ İsveç və Finlandiya ilə alyans vasitəsilə iş aparmaqla yanaşı, məsələnin Avropa İttifaqında da həllinə nail olmalıdır. Çünki hər iki dövlət Avropa İttifaqının bir parçasıdır.
Bu iki qüdrətli ölkənin NATO-ya üzv olması ABŞ-a böyük fayda verə bilər. Onda Putin də başa düşər ki, demokratik alyansın genişləndirilməsi məsələsi duran yerdə onun veto qoymağa heç bir haqqı-hüququ yoxdur.
Xəbərin oxunma sayı : 586
Dünya
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV