Müğənni Afaq kamera önündə soyundu… – FOTO Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2020

    Müğənni Afaq kamera önündə soyundu… – FOTO

  • / Maqazin / — 21 Sentyabr 2020

    Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO

  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

“Rusiya kəşfiyyatı Baydeni gözdən salmağa çalışır” - FTB-nin direktoru

Tarix 18.09.20, 17:13

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Uray Birləşmiş Ştatların millət vəkillərinə deyib ki, Rusiya hələ də ABŞ prezident seçkisinə təsir göstərməyə çalışır.

FTB direktorunun dediyinə görə Rusiyanın səylərindən əsas məqsəd demokrat namizəd Co Baydeni gözdən salmaqdır. Uray Nümayəndələr Palatası Daxili Təhlükəsizlik Komitəsində sentyabrın 17-də verdiyi ifadədə deyib ki, Rusiya Baydenin kampaniyasına sosial media, proksilər, dövlət mediası və internet saytları vasitəsilə ziyan vurulması kampaniyasının arxasında dayanır.

Uray deyib ki, Moskva bu platformalardan istifadə edərək onun nəzərində anti-Rusiya isteblişmenti olan siyasi hakimiyyəti sarsıtmağa çalışır.

FTB direktoru əlavə edib ki, onun ən böyük narahatçılığı noyabrın 3-də keçiriləcək prezident seçkisində hazırkı prezident Donald Tramp və Co Bayden arasında yarışın nəticələrinə şübhə yaradılması üçün aparılan “davamlı dezinformasiya hay-küyündəndir”.

Urayın bu çıxışından əvvəl Ağ Ev Rusiyanın qarşıdan gələn seçkidə Trampın qələbəsinə çalışmasına dair iddiaların əhəmiyyətini azaltmağa çalışırdı.



Xəbərin oxunma sayı : 343

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda