Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Rusiya Türkiyəyə köməyi davam etdirəcək“ - Putin

Tarix 01.08.21, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan iyulun 31-də telefonla danışıblar. Danışığın gedişində onlar Türkiyənin cənubunda meşə yanğınları ilə bağlı situasiyanı müzakirə ediblər.

Kremlin mətbuat xidmətinin xəbər verdiyi kimi, Rusiya lideri vəd edib ki, ölkəsi yanğınların söndürülməsinə hərtərəfli köməklik göstərəcək.

«Türkiyənin cənub rayonlarında meşə yanğınları nəticəsində yaranmış fövqəladə vəziyyət müzakirə olunub. Bu təbii fəlakətlə mübarizədə iki ölkənin qarşılıqlı fəaliyyət imkanlarının əhəmiyyəti qeyd olunub. Vladimir Putin qeyd edib ki, Rusiya Türkiyəyə yanğınların söndürülməsində hərtərəfli kömək göstrəməyə davam edəcək» - xəbərdə deyilir.

Həm də qeyd olunur ki, Türkiyə lideri öz tərəfindən sanballı yardım göstərməsi qarşılığında rusiyalı həmkarına təşəkkür edib.

Bundan əvvəl xəbər verildiyi kimi, Türkiyənin 6 əyaləti - Antalya, Adana, Mersin, Muğla, Osmaniyyə və Kayseri alova qərq olub. Üç gündür tüğyan edən yanğın şəhərlərin və digər yaşayış məntəqələrinin əhali yaşayan kvartallarına adlayıb.



Xəbərin oxunma sayı : 901




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap