“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Sülh müqaviləsinin layihəsini təqdim etmişik” – “Müqavilə 5 bənddən ibarətdir, erməni tərəfinin cavabını gözləyirik”

Tarix 21.09.23, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


Yevlaxdakı danışıqlar Bakı ilə İrəvan arasında sülh müqaviləsinin əldə olunmasına gətirib çıxara bilər. Müqavilənin layihəsi artıq Ermənistana təqdim edilib.

Bunu “RİA Novosti” agentliyi Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun “SKY News Arabia”-ya verdiyi müsahibəyə istinadla bildirib.

Xəbərdə qeyd olunur ki, E.Əmirbəyov Yevlaxdakı görüşdə Qarabağdakı ermənilərin reinteqrasiyasının formatının müzakirə olunduğunu deyib: “Düşünürük ki, bu dialoq Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə müsbət təsir göstərə bilər. Hər iki tərəf on illər boyu davam edən böhran və düşmənçiliyə son qoyacaq sülh müqaviləsinin müzakirəsinə başlayıb”.

E.Əmirbəyov deyib ki, sülh müqaviləsi layihəsi beş bənddən ibarətdir. Beynəlxalq hüquqa əsaslanan həmin layihəyə görə, hər iki dövlət bir-birinin daxili işlərinə qarışmayacaq: “Biz erməni tərəfinə sülh müqaviləsinin layihəsini təqdim etmişik, onların cavabını gözləyirik”. Əmirbəyov əlavə edib ki, Qarabağ erməniləri ilə ayrıca müqavilə imzalanmasına ehtiyac yoxdur.

Xatırladaq ki, Azərbaycan Ordusunun sentyabrın 19-da başlatdığı və bir sutka ərzində uğurla başa çatdırdığı antiterror əməliyyatı nəticəsində ağ bayraq qaldıran qondarma rejimin qanunsuz hərbi birləşmələri və Ermənistan ordusunun qalıqları kapitulyasiya ediblər. Bu gün isə Azərbaycan tərəfinin tələbinə uyğun olaraq, Qarabağdakı erməni icmasının nümayəndələri ilə Yevlaxda görüş keçirilib.



Xəbərin oxunma sayı : 1129




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap