Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Sınıq Körpü”də kütləvi dava – DGK-i təkzib etdi (Yenilənib)

Tarix 26.04.17, 2:53

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsi “Sınıq Körpü” gömrük postunda kütləvi davanın baş verməsi və gömrük işçisinin döyülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Bu gün bir sıra kütləvi informasiya vasitələrində Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda kütləvi dava baş verməsi, hadisə nəticəsində “Sınıq Körpü” gömrük postunun əməkdaşının xəsarət alması barədə həqiqətə uyğun olmayan məlumat yayılıb”.

Dövlət Gömrük Komitəsi bildirir ki, “Sınıq Körpü” gömrük postunda “dispetçer” vəzifəsi yoxdur və ümumiyyətlə bu postda Tural Musayev adlı gömrük əməkdaşı işləmir. Gün ərzində də gömrük postunun ərazisində hər hansı insident baş verməyib və gömrük postu gündəlik iş şəraitində fəaliyyətini davam etdirir.

“Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat yayımlayarkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir”,- deyə məlumatda bildirilir.

***

Qazax rayonunda Dövlət Gömrük Komitəsinin (DGK) işçisi döyülüb.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında “Sınıq Körpü” gömrük-keçid məntəqəsində dispetçer işləyən Qazax rayon İkinci Şıxlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəşad Həmid oğlu Musayev ilə Gürcüstan vətəndaşları arasında mübabisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman hadisə yerinə gələn gömrük işçisinin qardaşı, 1982-ci il təvəllüdlü Tural Musayev də döyülüb. Hər iki qardaş müxtəlif bədən xəsarətləri alaraq Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Onlara həkimlər tərəfindən tibbi yardım göstərilib və qardaşlar travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Rəşad və Tural Musayevlərin vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 136




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap