Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Saakaşvilinin psixoloji yardıma ehtiyacı var“ - Vəkil

Tarix 24.11.21, 21:12

Font ölçüsü : - / +
bitmap-img6


Qoridə hərbi hospitalda reabilitasiya keçən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin psixoloji yardıma ehtiyacı var.

"Report" xəbər verir ki, bu barədə siyasətçinin ukraynalı vəkili Yevgeni Hruşovets məlumat verib.

"Biz 15 saat ərzində onunla görüşməyə çalışdıq. Fərq göz qabağındadır. Bu, Ukraynada görüşdüyüm Mixeil Saakaşvili deyil. Onun həqiqətən də psixoloji köməyə və tam tibbi yardıma ehtiyacı var", - vəkil qeyd edib.

Saakaşvilinin anası Giuli Alasaniya da oğlunu ziyarət etdikdən sonra onun səhhətinin pisləşməsi barədə məlumat verib: "Onun depressiyaya düşdüyü görünür. Mixeil bizim əvvəllər tanıdığımız kimi deyil".

Eyni zamanda, endokrinoloq Yelena Qiorqadze eks-prezidenti müayinə etdikdən sonra onun artıq yaxşılaşdığını bildirib. Endokrinoloqun sözlərinə görə, Saakaşvili beş dəqiqə ərzində xəstəxana dəhlizi ilə gəzə bilib.

Qeyd edək ki, Saakaşvili reabilitasiya olunmaq üçün noyabrın 20-də Qoridəki hərbi hospitala aparılıb. Əvvəllər o, aclıq aksiyası fonunda vəziyyətinin pisləşməsi ilə əlaqədar noyabrın 8-də həbsxana xəstəxanasında olub. Sabiq lider oktyabrın 1-də həbs olunduqdan sonra özünü siyasi məhbus hesab etdiyi üçün yeməkdən imtina etdiyini açıqlayıb. Son illərdə o, Ukraynada yaşayıb və bu ölkənin vətəndaşlığına malikdir. Saakaşvili bələdiyyə seçkilərinin birinci turuna az qalmış Gürcüstana qayıdıb, bundan sonra ölkədə iki cinayət işi üzrə ona qarşı qiyabi hökmlər çıxarıldığı üçün həbs edilib. Birincidə o, üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib.

Eks-prezident 2013-cü ildə ölkəni tərk etdikdən sonra ona qarşı ümumilikdə 4 cinayət işi qaldırılıb. Oktyabrın 20-də Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub.



Xəbərin oxunma sayı : 967




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap