“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Saathesabı, yarımştat kimi yox, müəllim tamamilə daimi ştatda olacaq“ - Nazir

Tarix 13.11.25, 21:26

Font ölçüsü : - / +
bitmap-img6


Yəni, yalnız saatla dərs deyən və ya yarımştat işləyən müəllim deyil, daimi, gündəlik məktəbə gələn, yüksək əməkhaqqı ilə işləyən müəllimlər modeli yaradılacaq.

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“2027-2030-cu illər üçün əsas hədəflərdən biri də müəllimlik peşəsinə yeni modelin tətbiqidir. Yəni, yalnız saatla dərs deyən və ya yarımştat işləyən müəllim deyil, daimi, gündəlik məktəbə gələn, yüksək əməkhaqqı ilə işləyən müəllimlər modeli yaradılacaq. Bu, məcburi deyil. İstəyən müəllim əvvəlki – saatla işləmə sistemində qala bilər. Amma bu yeni modeldə müəllimin həftəlik dərs yükü 18–24 saat olacaq, əlavə saatlarda isə şagirdlərlə, valideynlərlə və məktəb daxilində digər təhsil fəaliyyətləri ilə məşğul olacaq. Bu sistemə yalnız sertifikatlaşdırmadan yüksək nəticə ilə keçmiş müəllimlər cəlb olunacaq. Çünki əməkhaqqının aşağı olmasının əsas səbəblərindən biri də odur ki, müəllimlərin həftəlik dərs yükü azdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Bu da, təbii olaraq, aşağı maaş deməkdir. Əgər biz müəllimin həyatını və statusunu yaxşılaşdırmaq istəyiriksə, bu yanaşmanı dəyişməliyik”, - deyə nazir vurğulayıb.




Xəbərin oxunma sayı : 628




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap