Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Sabah“ xorvat çalışdırıcıya tapşırıldı - RƏSMİ

Tarix 26.11.19, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


"Sabah”ın yeni baş məşqçisi bəlli olub. Komandanı bundan sonra xorvat mütəxəssis Jelko Sopiç çalışdıracaq. 45 yaşlı məşqçi ilə 1,5 illik müqavilə bağlanıb.

AzFakt.com xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.

Sopiç futbolçu karyerası ərzində Xorvatiyanın "Zaqreb”, "Slaven Belupo”, "Lokomotiva”, Almaniyanın "Borussiya” (Mönhenqladbax), "Rot Vays Alen” klublarında çıxış edib.

Xorvatiyalı mütəxəssis məşqçi karyerasına Zaqrebin "Lokomotiva” klubunda (2011/12) başlayıb. Bu klubda köməkçi məşqçi kimi çalışmış Sopiç daha sonra Xorvatiyanın "Rudes” (2012/15) və "Dinamo Zaqreb B” (2015/16) klublarında baş məşqçi, "Dinamo Zaqreb”in əsas komandasında (2016/17), Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn” klubunda (2017/18) köməkçi məşqçi, "Əl-Əyn”in U-21 komandasında (2018/19) baş məşqçi vəzifəsində çalışıb. 2016/17 mövsümündə 1 ay Zaqreb "Dinamo”unda, 2018/19 mövsümündə isə 3 oyunda "Əl-Əyn”də baş məşqçi funksiyasını yerinə yetirib.

"Əl-Əyn”lə BƏƏ çempionluğunu və "Prezident kuboku”nu qazanıb (2017/18). Bu klubun U-21 komandası ilə ölkə çempionu olub (2018/19).

Qeyd edək ki, müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

 

 



Xəbərin oxunma sayı : 409




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap