|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
“Sabah hamısı qaçacaq Milli Məclisin qabağına…” – Deputat müəllim və pensiyaçılar haqda
Tarix 10.11.17, 1:42 |
|
“Mən indidən təbil vururam ki, əvvəl-axır buna gəlinəcək, başqa variant yoxdur”
Milli Məclisdə hökumətin iştirakı ilə keçirilən komitə iclaslarında 2018-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb. Komitə müzakirələrindən sonra məsələ parlamentin plenar iclasına tövsiyə olunacaq. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deputatların maaşının artırılmasını təklif edib ki, bu da cəmiyyətdə rezonansa səbəb olub. Orta və aşağı kateqoriyalı insanlar sosial şəbəkələr və media vasitəsilə deputatın bu təklifinə etirazlarını bildiriblər.
Hakim partiyanın üzvü deyib ki, Milli Məclis üzvlərinin maaşı rayon prokurorunun və polis rəisinin maaşından azdır. “Əksər işləri Milli Məclis həyata keçirir. Həmçinin, burada bizdən çox işləyən əməkdaşlar var. Onların əmək haqqı artırılmalıdır” – Novruzov deyib. Modern.az komitə sədrinə müraciət edib səsləndirdiyi fikirlər ətrafında danışıb.
- Siyavuş bəy, deputatların maaşının artırılması barədə təklifiniz birmənalı qarşılanmadı. Özünüz belə reaksiyanın olacağını gözləyirdinizmi?
– Təbii. Bilirsiniz, bəziləri adətən, arxada deyinirlər, üzdə olanda deyir “xalq”, “millət”, nə bilim nə. Yəni səmimiyyəti olmayan insanlardır. Mən hər bir şeyi açıq şəkildə, səmimi qaydada deyirəm. Özü də məsələnin qlobal mahiyyətini kənara qoyub ancaq əmək haqqından yapışırlar. Bilirdim ki, bundan yapışacaqlar, bəlli məsələdir. Amma mən orda parlamentin gördüyü ümumi işlərin maliyyələşdirilməsi məsələsini qoymuşdum. Tutaq ki, xaricdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilir, istəyirlər burdan kimsə getsin, çıxış eləsin. Biz bu tədbirlərin böyük hissəsinə gedə bilmirik. Ona görə ki, parlamentin büdcəsi buna imkan vermir. “Erməni soyqırımı” ilə əlaqədar erməni diasporu, digərləri vəsait qoyur. Bizim diaspora həmişə bizdən kömək istəyir. Başa düşürəm, ermənilər çoxdan yerləşib 100 ildən artıqdır proses gedir. Biz iki dəfə Berlinə getmişik, Brandeburq qapılarının qarşısında tədbir keçirmişik, bütün alman ictimaiyyəti gəlib, biliblər ki, Xocalı soyqırımı nədir və s. Yaxud dostluq qruplarının işinin təmin olunması ilə bağlı məsələ qaldırmışdıq. Mən Çin-Azərbaycan dostluq qrupunun üzvüyəm. Heç olmasa 5 ildə bir dəfə Çin nümayəndə heyətini dəvət etməliyəm ki, gəlsin, burda reallığı gözü ilə görsün. İnternetlə danışmalı deyiləm ki – o cümlədən Avropanın ayrı-ayrı strukturları ilə. Çünki Avropa ölkələrində olan bizim dostluq qruplarının hamısı müxtəlif Avropa strukturlarında təmsil olunur.
- Siyavuş bəy, siz Bakıya qonaqlar dəvət edəndə öz cibinizdən xərcləyirsiniz?
– Yox. Dəvət edəndə xərclər ümumi büdcədən ayrılmalıdır. Büdcədə də bu imkanlar yoxdur.
- Pul ayrılmır?
– Yoxdur da. Yəni müəyyən hissəyə ayrılır, müəyyən hissəyə yox. İş getdikcə artır, amma büdcə olduğu kimi qalır. Əmək haqqı məsələsinə gəldikdə… Götürək ABŞ-ı. Ən inkişaf etmiş ölkədir, süpürgəçi 1000 dollar alır, konqresmen 17 min dollar. Söhbət məndən, sabah kim seçiləcək, ondan getmir. Söhbət dövlətin strukturundan gedir. Bunu elə qılıncla, nizə ilə qarşılayırlar ki. Burada 125 adamdır. Deyirlər pensiyaçılar… Azərbaycanda 1 milyon 350 min pensiyaçı var. Azərbaycan əhalisinə görə və iş qabiliyyətinə olan insanları götürdükdə təxminən 350 min təqaüdçü olmalıdır. Ancaq indi 4 dəfə artıqdır. Onda biz bu sayı 4 dəfə azaldaq və o halda pensiya 4 dəfə artacaq. O cümlədən ABŞ-da şagirdlərə düşən müəllimin sayı ilə Azərbaycanda şagirdlərə düşən müəllimlərin sayı 4 dəfə artıqdır. 10 milyon əhalisi olan ölkəmizin təhsil sistemində yarım milyona qədər insan çalışır. Sabah attestasiya keçirt, hamısı qaçacaq Milli Məclisin qabağına. Yəni burada obyektiv və subyektiv səbəblər var. Ştatlar vaxtilə şişirdilib, şişirdilib, şişirdilib, gətirilib o həddə çatdırılıb ki, birdən-birə bunların əmək haqqını 100-200 faiz qaldırmaq olmur.
- Siz həm də komitə sədrisiniz. Aldığınız maaş nə qədərdir? Səhv etmirəmsə, 2 min manatı ötür…
– Yox. Əmək haqqı 1100 manatdır, yəni bizdə o qədər də böyük əmək haqqı yoxdur. Bunu elə şişirdirlər ki, elə çıxır biz aləmi alırıq.
- Amma bəzi həmkarlarınız 2 min manat aldığını və bunun bəs etdiyini demişdilər…
– Yox. Bizdə iki hissəyə bölünür. Bir əmək haqqı var, bir də deputat xərcləri. Orda müəyyən xərclər var, məsələn, müalicə xərci və s. “Deputat xərcləri” deyirlər, onlar da üstünə gələndə artır. Yoxsa bunun əmək haqqına aidiyyəti yoxdur.
- Siz maaşınızın nə qədər artırılmasını təklif edirsiniz?
– Mən deyirəm ki, imkan varsa, bu da nəzərə alınsın. Bəzən mətbuat orqanları da düzgün vermir. Məsələn, dövlət qulluqçularının maaşına işə görə faiz əlavə olunur. Tutaq ki, bu qədər işləyibsə, 30 faiz, yaxud 50 faiz əmək haqqı əlavə olunur. Ancaq dövlət qulluqçusu olmadığımıza görə bizdə bu, yoxdur, sırf əmək haqqıdır. Yenə əvvəlki fikrimə qayıdıram. Dünyanın hansı ölkəsini istəyirsən, götür, ən acından ölən Ermənistanı da, ən varlısı Amerikanı da götür, deputatlarla digərlərinin maaşları arasındakı fərq 10-12 dəfədir.
- Amma pensiyaçının təqaüdü, həkim, müəllimin maaşının aşağı olması da faktdır. Bəs, əhalinin digər kateqoriyaları ilə bağlı nə təklif edirsiniz?
– Həkim var ki, ayda rəsmən 30 min əmək haqqı alır. Artıq o həkimdir. Kimsə əlinə diplom götürüb deyirsə ki, “mən də tibb sahəsini bitirmişəm, həkiməm”, amma insanların səhhəti ilə oynayırsa, ona əslində o əmək haqqını vermək də cinayətdir. O cümlədən digərləri. Yəni, biz o sistemdən, o psixologiyadan çıxmalıyıq. Sizin saytda da getmişdi, 3 əməkdar artist münasibət bildirib. Dünyanın hansı yerində artist dövlət büdcəsindən əmək haqqı alır? Müəyyən orkestrlər saxlanılır, qalanları isə özünün istedadına görə qazanır. Cenifer Lopesə dövlət büdcəsindən maaş verirlər? Əksinə, Şakira gedir məktəblər, bağçalar tikir. Bu yaxınlarda sunami olanda bütün tanınmış artistlər bir yerə yığışıb yardım göstərdilər. Yaxud Tarkanın özü. Azərbaycanda da bir sıra şou-biznes adamları özü konsertləri ilə qazanır və xeyriyyə işlərinə də vəsait ayrır. Yəni istedadlı adamlar qazanır. Amma kimin istedadı yoxdursa, ancaq deyinməklə məşğuldur. Mən adımı ştata yazım, oturum heç bir iş görməyim və deyim “dövlət, məni saxla”, biz bu psixologiyadan nəhayət, uzaqlaşmalıyıq. Hər kəs öz qabiliyyətinə, bildiyi işlə məşğul olmalıdır. Bununla da həm digərlərinə xeyir verməlidir, həm də özü qazanc götürməlidir. Teatrda bir rol oynaya bilməyən adam dövlət qarşısında tələb qoyur. Soruşan gərək, onun hesabına 10 nəfər gəlib, bilet alıb tamaşaya baxıbmı? Mən indidən təbil vururam ki, əvvəl-axır buna gəlinəcək, başqa variant yoxdur.
- Amma siz deputatlara tənqidi yanaşanlara qarşı ittiham mövqeyində oldunuz.
– Yox, ittiham mövqeyində deyiləm. Belə çıxmasın ki, biz əmək haqqı davasını aparırıq. Təklif edirik ki, imkan dairəsində bütün sahələrdə artımlar olmalıdır. Cənab prezident ev də verir, təqaüd də verir, ad da. Hər gün bununla bağlı yeni xəbərləri oxuyuruq. Yaşlı nəsil var ki, Azərbaycan mədəniyyətinə qulluq edirlər, onlar daim diqqət göstərilir. Digərləri gətirib özlərini onlara tay etməməlidir. Yəni xidmət göstər, sonra tələb elə! Burada hər şey nəzərə alınır. Bizim işimiz qanun qəbul etməkdir. Qanunu qəbul edirik ki, bunların maraqlarına xidmət etsin. Qalan məsələlər bizlik deyil. Mən müəllim, ya həkim maaşı artıran deyiləm. Mən onların işinin yaxşılaşdırılması üçün qanun qəbul edirəm. Məsələn, mən dəfələrlə müharibə veteranları ilə bağlı məsələ qaldırmışam. Demişəm ki, bunların müavinətləri artırılsın. Oturmuşuq Əmək və Sosial Təminat Nazirliyində, hesablamışıq, görmüşük mümkün deyil.
- Niyə?
– Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim ordan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib.
- Haqqı olan demişkən, şəhidlərin və əlillərin “qan pulu”nun ödənilməsi bu il da mümkün olmadı. Budəfəki büdcə müzakirələrində bu məsələ həllini tapa bilərmi?
– Mən o məsələni də qaldırmışam. İndi sosial təminat büdcəsində yenə məsələ qaldıracağıq ki, bu, əmanətlərin verilməsi ilə əlaqədar daxil olunsun, mərhələ-mərhələ ödənilsin. Bunun üstündən müəyyən dövr keçib. Amma bununla yanaşı, biz büdcəyə daxil edək, məsələn, bu il bir, növbəti il başqa hissə ödənilsin. Təbii ki, bunlar vacib məsələlərdir və həllini tapmalıdır.
- Keçən il demişdiniz ki, büdcə təkcə Samir Şərifov, ya başqasının deyil, hamınındır, ona görə də bütün nazirlər müzakirələrdə iştirak etməlidir. Komitələrdəki müzakirələrə hamı qatılırmı?
– Büdcə hələ komitələrdə müzakirə olunur, sonra plenar iclasa çıxarılacaq. Mən də orda dedim biz burada açıq müzakirə edək ki, plenar iclasa tam hazır şəkildə çıxaraq. O halda bilinəcək ki, nəyi etmək olar, nəyi yox, Çünki dövlətin konkret imkanları var, ancaq eləsini biz bilsək də, eləsini bilmirik. Ona görə də deyə bilmərik ki, bu gün filan sahədə beşqat artım olacaq. Çünki bilmirəm o imkan var, ya yox. O, aidiyyəti strukturlara aiddir.
- Son günlər ən çox danışılan mövzulardan biri kərə yağının qiymətinin artımı oldu, hətta prezident məsələyə müdaxilə etdi və rüsumlar aşağı salındı.
– Təbii ki, biz belə məsələləri müvafiq strukturlarda qaldırırıq və son nəticədə cənab prezident müdaxilə edir. Amma əslində buna qədər o sahəyə cavabdeh olan adamlar bunu qaydasına salmalı idi. Cənab prezidentə kömək, dəstək bundan ibarətdir. Hər kəs öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsə, həm əhalinin işi qaydasında olar, həm də bir-birinə ötür-ötür olmaz. Bir adam çıxıb açıq şəkildə demir ki, tutalım müəllimin, ya həkimin əmək haqqını 100 faiz artıra bilərəm, ya yox. Artırsam, səbəbi nədir, artırmasam, nədir. Biz bununla bağlı təqdim olunan sənədə müəyyən korrektələr edə bilərik. Yoxsa bunu fundamental olaraq həll etmək səlahiyyəti bizim əlimizdə deyil. Ona görə də hər bir aidiyyəti şəxs özü bunu qaldırmalı və məsələləri həll etməlidir. Etmirlərsə də, insanları başa salmalıdırlar ki, səbəb nədir. Səbəbini izah etməyəndə hamı deyir ki, mənim maaşım, təqaüdüm niyə qalxmamalıdır?..
Xəbərin oxunma sayı : 238
Müsahibə
Xəbərlər
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
-
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Dəmiryol Vağzalının qarşısında bir sutka parkinqin qiyməti 30 manat olacaq – Tariflər
-
Bakıda qəribə hadisə: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
-
“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – FOTO
-
“Dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır“ - Si Cinpin
-
Elçin Babayev yenidən BDU-nun rektoru təyin edildi - Sərəncam
-
“Traktor” komandasının azarkeşləri yeni şüar təqdim ediblər - VİDEO
-
Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın havası
-
Arıqlamaq üçün istifadə edilən toxumların faydası və zərəri nələrdir? - ARAŞDIRMA
-
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid dəfn olundu - FOTO
-
Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər-VİDEO
-
Yeraltı dayanacaqlarda kəskin qiymət artımının səbəbi nədir? - AÇIQLAMA
-
“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən açıqlama
-
Binəqədidə binanın zirzəmisi su ilə dolub: Təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Mərkəzi Bank növbəti faiz qərarını açıqlayacaq - Tarix bəlli oldu
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR + VİDEO
-
Bakıda evə neft axır - VİDEO
-
Mənzil alışında yeniliklər - Nələr dəyişəcək?
-
“Serbiya tezliklə çox böyük təhlükə ilə üzləşəcək“ - Vuçiç
-
Qəbiristanlıqlar hasarlanır və zəbt edilir - VİDEO
-
Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib - RƏSMİ
-
Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə müraciət - VİDEO
-
Pakistanda terror hücumu nəticəsində çinlilər həlak oldular - FOTO
-
Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda Musiqi Kolleci köçürülür: Valideynlər nədən narazıdırlar? - VİDEO
-
Qırğızıstanın sabiq vəzifəli şəxsi Azərbaycanda həbs edildi - VİDEO
-
“Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır” - Azərbaycan XİN
-
Güney Azərbaycanın incisindən yeni görüntülər - VİDEO
TOP 10
ARXİV