Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Sanksiyaları məmurlara yox, rus oliqarxlarına qoymaq lazımdır“ - Aleksey Navalnı

Tarix 27.11.20, 21:22

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı Avropa Birliyini Prezident Vladimir Putini əhatələyən “bir dəstə cinayətkara” sanksiya tətbiq etməyə çağırıb.

Noyabrın 27-də Avropa Parlamentinin üzvləri ilə videokonfransda deyib ki, Rusiya oliqarxları hakimiyyəti müvəqqəti ələ keçirib və 27 üzvü olan blok Moskva ilə münasibətlərlə bağlı yeni strategiya hazırlamalıdır.

Navalnı AB-ni xüsusilə Roman Abramoviç, Əlişir Usmanov vəArkadi Rotenberq kimi rusiyalı milyarderlərin Avropadakı gəlir mənbələri və aktivlərini nəzərdən keçirməyə çağırıb. Sözügedən şəxslərin Kremllə sıx əlaqələri var.

Ötən ay AB və Britaniya 44 yaşlı Navalnının avqustda "Noviçok" qrupuna aid maddəylə zəhərlənməsi iləəlaqədar Rusiyanın altı məmuru və bir qurumunun aktivlərini dondurub və səyahət qadağası qoyub.

Putinin kəskin tənqidçisi və korrupsiya ilə mübarizə aparan Navalnı zəhərlənməsinə görə birbaşa Rusiya prezidentini suçlayır. O, 32 gün Berlində xəstəxanada qalandan sonra sentyabrın 22-də buraxılıb.

Navalnının fikrincə, Avropada aktivləri olmayan Rusiya məmurları və generallarına sanksiya qoymaqda elə bir məna görmür.

“Adamlar niyə zəhərləyir, öldürür və seçkiləri saxtalaşdırırlar? Əsas cavab puldur. Avropa Birliyinin sanksiyaları onları hədəfə almalıdır”, – müxalifətçi Avropa Parlamentinin Xarici İşlər Komitəsinin üzvləri ilə müzakirədə deyib.

“Usmanovun yaxtaları Barselona və Monakoda üzdükcə Kremldə heç kəs sanksiyalara ciddi yanaşmayacaq”, – Navalnı vurğulayıb. O həmçinin AB-nin Rusiyada 2021-ci il parlament seçkisinə siyasi opponentlər buraxılmasa, seçkinin nəticələrini buraxmamağa çağırıb.

“Saxtalaşdırma və manipulyasiya Rusiyada seçkilərin qaçılmaz elementləridir”, – o vurğulayıb.

Xatırladaq ki, Almaniya və Fransa Rusiyanı Navalnının zəhərlənməsini tam araşdırmamaqda, heç kəsi məsuliyyətə cəlb etməməkdə suçlayıb.

Rusiya hakimiyyəti isə zəhərlənmə insidentindəəli olmadığını bildirib. Rusiya tərəf Navalnının orqanizmində zəhər izinin aşkarlanmadığını deyir. (azadliq.org)



Xəbərin oxunma sayı : 814




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap