Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Sarı gödəkçəlilər” 10-cu dəfə mitinq keçirdi - 80 min nəfər küçələrə axışdı

Tarix 20.01.19, 20:32

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Fransada ümumilikdə 80 min adam “sarı gödəkçəli”lərin keçirdiyi etiraz aksiyasında iştirak edib. Artıq 10-cu dəfədir ki, belə bir aksiya baş tutur.

Bugünkü aksiya zamanı etirazçılar polislə əvvəlcədən razılaşdırılmış marşrut üzrə hərəkət edib. Parisdə keçirilən aksiyaya isə 7 min nəfər qatılıb. Aksiya zamanı zorakılıq halları müşahidə olunmayıb. Yalnız mitinqə başladıqları meydana qayıtdıqdan, yəni aksiya əslində bitdikdən sonra etirazçılarla polislər arasında qarşıdurma qeydə alınıb. Polis etirazçılara qarşı gözyaşardıcı qaz, sufışqıran qurğu və rezin güllələrdən istifadə edib. 42 etirazçı həbs olunub.

Hökumətə qarşı ən güclü etiraz aksiyası isə bu gün Tuluza şəhərində olub. Polisin verdiyi məlumata görə, Tuluzada 10 min nəfər mitinqə qoşulub. Orada 40 nəfər saxlanılıb. Ən dağıdıcı aksiya isə Bordo şəhərində müşahidə olunub. Orada zirehli maşınların arxasında daldalanan polislərlə etirazçılar arasında ciddi qarşıdurma olub. 50 nəfərdən çox adam polis nəzarəti altına alınıb.

Müşahidəçilər deyir ki, bu dəfə aksiyaya qatılanlar xeyli az olub. Bu arada isə, Fransa prezidenti Emmanuel Makron ölkədəki sosial-iqtisadi durumla bağlı müzakirələrə start verib. Fransa mediası mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaqdadır.

Musavat.com bildirir ki, Fransada keçirilən etiraz aksiyasına London da dəstək verib. Yerli media yazır ki, “sarı gödəkçəli”lər hərəkatına həmrəylik nümayiş etdirmək üçün ötən həftə 100 nəfər Londonda etiraz aksiyası keçirmişdi. Bu dəfəki aksiyaya isə min nəfərə yaxın etirazçı qoşulub. Onlar Avropa Birliyində yeridilən sərt iqtisadi siyasətə qarşı çıxırlar. Etiraza qoşulanlar əsasən solçular və radikal sağçılardır.

musavat.com




Xəbərin oxunma sayı : 130




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap