Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Sasna Tsrer” terror təşkilatının üzvləri deputatlığa iddialıdırlar- Ermənistanda

Tarix 17.10.18, 19:33

Font ölçüsü : - / +
bitmap-img6


Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistan ictimaiyyətində siyasi gərginlik artır.

AZƏRTAC-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, 2 il əvvəl Yerevanda hərbi qiyam etmiş “Sasna Tsrer” terror təşkilatının azadlığa buraxılan 27 üzvü də deputatlığa iddialıdır.

Öz partiyalarını yaradan bu şəxslər Yaxın Şərqdə, əsasən Livanda və Suriyada yaşayan ermənilərdən ibarət silahlı terror dəstələrinin üzvləridir.

Onların əksəriyyəti Dağlıq Qarabağda Azərbaycana qarşı müharibədə iştirak edib.

Siyasi qüvvələrin parlament uğrunda mübarizə apardıqları bir vaxtda Sünik vilayətində əhali ayağa qalxıb. Ermənistan-İran magistralını bağlayan narazı kütlə Unan Poqasyanın qubernator seçilməsinin əleyhinə çıxırlar.

Bildirilir ki, Poqasyan Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistanın polis rəisinin müavini vəzifəsini icra edib. Hüquq-mühafizə orqanlarında yüksək səlahiyyətlərə malik olan bu şəxs qanunsuz əməlləri ilə ad çıxarıb. İndi onun Sünikə qubernator təyin edilməsi yerli əhalini qəzəbləndirib.

Onlar hökuməti bu qərarı dəyişməyə çağırıblar. Onlar əks təqdirdə magistralı bağlı saxlayaqaclarını iddia edirlər. Aksiya zamanı magistralın bağlanması nəticəsində ağır tonnajlı yük avtomobilləri sərhədə yaxınlaşa bilmədikləri üçün tıxac yaranıb. Bu da sürücülər tərəfindən narazılıqla qarşılanıb. Polisin müdaxiləsinə baxmayaraq, etirazçılar yolu boşaltmayıblar.



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap