Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli Aleyna Tilkinin hamam oyuncaqları - Foto
Axtar
 
  • / Maqazin / — 19 May 2020

    Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 04 May 2020

    Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO

  • / Maqazin / — 20 Aprel 2020

    “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli

  • / Maqazin / — 19 Aprel 2020

    Aleyna Tilkinin hamam oyuncaqları - Foto

  • / Maqazin / — 16 Aprel 2020

    Xalq artistinin yataqdan görüntüləri yayıldı - VİDEO

  • / Maqazin / — 16 Aprel 2020

    Çılpaq bədənlərini yastıqla örtən azərbaycanlılar... - FOTOLAR

“Seçki prosesinə beynəlxalq hüquqa zidd xarici müdaxilə yolverilməzdir” – BƏYANAT

Tarix 11.09.19, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda dəyirmi masada bəyanat qəbul olunub.

Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə keçirilən tədbirdə qəbul olunan bəyanatda deyilir:

“Biz, “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda dəyirmi masanın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə aşağıdakıları bəyan edirik:

– Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir;

– siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir;

– ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır;

– vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır;

– respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk”. /APA



Xəbərin oxunma sayı : 670

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda