“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Sea Breeze”ə avtobus açılır - Gedişhaqqı məlum oldu

Tarix 18.07.25, 18:39

Font ölçüsü : - / +
bitmap-img6


“Koroğlu” NMM-i “Sea Breeze” ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır.

AzFakt.com AYNA-ya istinadla xəbər verir ki, yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alaraq iyulun 19-dan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini (NMM) “Sea Breeze” istirahət mərkəzi ilə əlaqələndirən yeni 150E ekspres marşrutu fəaliyyətə başlayacaq.
Həftənin şənbə və bazar günləri “Koroğlu” metrostansiyasının cənub çıxışından (“Piramida” tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.
Marşrut “BakuBus” MMC tərəfindən istismar ediləcək və xətt üzrə müasir böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə intervalla xidmət göstərəcək.
Avtobuslarda gediş haqqı 0.80 AZN təşkil edir. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.



Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap