Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir”

Tarix 25.02.17, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


Aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda və ölkənin digər şəhərlərində və rayon mərkəzlərində əhalinin sayına və ehtiyaclarına uyğun ödənişsiz xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması təklif olunub

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2016-cı il üzrə illik məruzəsində qeyd edilib.

Bundan başqa, ombudsman əhalinin sayı və təlbatı nəzərə alınmaqla, ölkənin şəhər və rayonlarında yeni notariat kontorlarının və vəkillər tərəfindən hüquqi yardım göstərilən məsləhətxanaların təşkil edilməsini, ayrı-ayrı insanların mülkiyyətində və ya istifadəsində olan mənzillərdə məskunlaşmış məcburi köçkünlərin müvafiq mənzillərə köçürülməsi işinin sürətləndirilməsini də təklif edib.

E.Süleymanovanın digər tövsiyəsi isə ondan ibarətdir ki, vətəndaşların mülkiyyət hüququnun reallaşması, yığılan vergilər və dövlət rüsumları hesabına büdcəyə əlavə vəsaitlərin daxil olması, habelə vətəndaş-dövlət məmnunluğunun təmin edilməsi məqsədi ilə “Sənədsiz evlərə və onların altında olan torpaq sahələrinə mülkiyyət hüququnun tanınması haqqında” qanunun qəbul edilsin.

Eyni zamanda, yalnız gənc ailələr deyil, başqa yaş qruplarına aid olan şəxslərin də tədricən güzəştli ipoteka krediti imkanlarından yararlanması ilə bağlı mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi də təkliflər sırasında yer alıb. Həmçinin, mənzil probleminin həlli məqsədi ilə ölkə prezidentinin göstərişinə əsasən tikilən sosial mənzillərin ölkənin bütün ərazisində inşası prosesinin sürətləndirilməsi təklifi irəli sürülüb.

Qeyd edək ki, ombudsmanın illik məruzəsi Milli Məclisə təqdim olunub. Məruzənin Milli Məclisin mart ayında keçiriləcək plenar iclasında müzakirəyə və səsverməyə çıxarılacağı gözlənilir. (report.az)



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap