Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Sənin şəxsi biznesin var, hansı maaşdan danışırsan?” - Siyavuş Novruzova etiraz

Tarix 08.11.17, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


“Maaş söhbətini müəllimlər, əlillər etsin, Prezidentinə xəyanət edənlər yox”.

Yenicag.az xəbər verir ki, bu sözləri Hafiz Hacıyev Milli Məclisin 5 komitəsinin birgə iclasında baş tutan büdcə müzakirələri zamanı millət vəkili Siyavuş Novruzovun deputatların maaşlarının artırılması məsələsinə münasibət bildirərkən deyib. O, bildirib ki, bu cür söhbətləri edən deputatlar Milli Məclisdən uzaqlaşdırılmalıdır:

“Bugünkü gündə məmur, deputat təbəqəsi xalqa işləmir. Bu məsələni qaldıran deputatın şəxsi biznesi, əlavə gəlir sahələri var. Bu fikri səsləndirməklə cəmiyyət arasında belə fikir yürütmək istəyirlər ki, guya bunlar az maaşla dolanır. Belə adamların heç biri maaşla yaşamır. Əksinə, Azərbaycanı soyub-talayırlar. Həmin şəxsin haqqında araşdırma aparsınlar. Görsünlər ki, həmin deputatın nə qədər malikanəsi, biznesi, əlavə gəlir yerləri var. Bunlar hamısı absurd məsələlərdir. Millətin çox hissəsi acından qırılır. Niyə onlar maaş haqqında danışmır? Niyə maaşın azlığından danışan şəxslər demir ki, təqaüdçülərin, müəllimlərin, həkimlərin maaşı aşağıdır? Əgər maaş qane etmirsə, mandatını təhvil versin.

Ona görə də təklif edirəm ki, belə şəxslər Milli Məclisdən uzaqlaşdırılsın. Onların yerinə millətini, xalqını, Prezidentini sevən şəxslər seçilib, təyin edilsin”.



Xəbərin oxunma sayı : 355




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap