Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Səudiyyə Ərəbistanının başında “ləyaqətsiz insanlar” durur” – Xamenei

Tarix 28.05.17, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


İslam cəmiyyətinin problemi Səudiyyə kimi bir sıra müsəlman icmalarında hakimiyyəti ləyaqətsiz insanların zəbt etməsi ilə əlaqədardır.

“Report” xəbər verir ki, bunu şənbə günü Tehranda müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar keçirilən təntənəli mərasimdə çıxışı zamanı İranın ali dini lideri Əli Xamenei deyib.
“Belə vəziyyət İslam dininin əsasları və Quranın müddəalarından uzaqdır. Bu insanlar milyonlarla tiraj Quran buraxırlar, amma əməlləri və hərəkətləri Quranın təlimatları ilə ziddiyyət təşkil edir. Onlar kafirlərlə dostluq edir, onlara vəsait verirlər, halbuki onu xalqın yaşayışının yaxşılaşdırılmasına yönəldə bilərdilər”, – deyə İranın lideri bu yaxınlarda ABŞ və Səudiyyə Ərəbistanı arasında 110 milyard dollarlıq Amerika silahlarının alınmasına dair əldə edilən sövdələşməni nəzərdə tutaraq bildirib.

“Onlar düşünürlər ki, pul müqabilində düşmənin rəğbətini qazanmaq olar. Həqiqətdə isə heç bir rəğbət yoxdur. Amerikalılar özləri deyirlər ki, onlardan (səudiyyəlilərdən) südverən inək kimi istifadə edəcəklər və sonda kəsilməyə göndərəcəklər”, – deyə İran lideri bildirib.




Xəbərin oxunma sayı : 106




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap