Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Sevdiyim oğlana acıq edib başqasına ərə getdim” - Roza

Tarix 10.11.22, 17:41

Font ölçüsü : - / +
bitmap-img6


"Yağ-bal içində böyümüşəm. Zəngin ailədənəm. Ata, buna görə çox sağol (gülür). Mən zəngin oğlana ərə getdim, amma Rusiyada boşandım. Çünki sevgisiz ailə qurmuşdum. Evliliyimiz valideyinlərin razılığı ilə qurulmuşdu. Hərdən valideyinlər də səhv edə bilir. Onun 24, mənim isə 17 yaşım vardı. 7 yaş fərqimiz vardı".

AzFakt.com “Bizim.media”ya istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

Sənətçi bildirib ki, sevdiyi şəxsə acıq etdiyi üçün digər oğlanla evlənib.

"Oğlan məni "kaset"də görmüşdü. Sual verdilər ki, bu oğlanla ailə qurarsan, "hə" cavabı verdim. Çünki sevdiyim oğlana acıq etdiyimə görə buna "hə" demişdim. Bizim dövrümüzdə öncə qız gedirdi, bir kilometr arxasınca da oğlan. Dərhal deyirdilər ki, bunlar sevgilidir.

Uşaq sevgisi olub. "Hə" dediyim oğlan isə tələbə yoldaşım idi".

Rozanın sözlərinə görə, atası onun müğənni olmasına qarşı çıxıb.

"Atam mənim müğənni olmağıma qarşı idi. Deyirdi ki, müğənnilik sənəti bizim ailəmizə yaraşmaz. Amma illər sonra o söylədi ki, səhv etmişəm. Gərək sənə dəstək olardım ki, bundan da böyük zirvədə olardın".
 
R.Zərgərli bildirib ki, o, sənətşunaslıq üzrə müdafiəyə hazırlaşır.

"Zəngin ailədə doğulsam da, 2000-ci illərdə Bakıya gələndə qucağımda körpə uşaqla (qızı Bənövşə - red.) hər şeyi sıfırdan başlamışam. İndi isə elmlər namizədiyəm, sənətşunaslıq üzrə "doktor" müdafiəmə az qalıb. Bunların hamısına özüm nail olmuşam. Roza Zərgərlini brend kimi özüm etmişəm".






Xəbərin oxunma sayı : 832




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap