“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Sevgilim mənə xəyanət edib, başqası ilə evləndi“ - Azərbaycanlı müğənni (VİDEO)

Tarix 23.05.20, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


“Hələ aşiq olmamışam. Oğlanlarla yola getmirəm. Bir dəfə sevmişəm, ondan sonra məhəbbət mövzusunun üstündən xətt çəkmişəm”.

Bu sözləri son günlər çəkdirdiyi açıq-saçıq şəkilləri ilə gündəmi zəbt edən müğənni Mina Hüseyn “MTV Azerbaycan” telekanalında yayımlanan “Ulduzun saatı” şou verilişində qonaq olarkən deyib.

İfaçı bir neçə il öncə aldadılmasından, sevgilisinin ona xəyanət etməsindən danışıb:

“Sevgilim məni aldatdı, başqası ilə evləndi. Mənə xəyanət etdi. Həm də ailədə problemlər var idi. Mən tək qaldım. Ona görə də, artıq kişilərə inamım qalmayıb. Rastıma eyni xarakterli kişilər çıxır. Hələ ki, heç kimə şans vermirəm. Baxaq, görək... Hələlik yalnız sənətimlə məşğul oluram”.

Sonra M.Hüseyn kişilərin xəyanətindən söz açaraq, onların belə doğulduqlarını bildirib:

“Kişilər hər zaman xəyanət etməyi sevirlər. Onlar xəyanət etmək hissi ilə doğulurlar. Məncə bu, normaldır. Əgər qadın evlidirsə, o, ərinin xəyanətini ailəsinə, uşaqlarına görə bağışlamalıdır. Amma sən nə qədər kişini əlində tutub möhkəm saxlasan da, o, mütləq sənə xəyanət edəcək. Dinimizdə də var, bir kişi dörd qadınla evlənə bilər. Mən bu məsələlərlə razı deyiləm, qəbul etmirəm. Amma kişilər bir yerə qədər dözüb, yenə xəyanət edəcəklər. Bu, qaçılmazdır. Səni sevən yanında qalacaq. Xəyanət etsə də, boş ver”.

Proqramda müğənni onun haqqında gəzib-dolaşan “Minanın sponsor sevgilisi var” dedi-qodularına da aydınlıq gətirib:

“Haqqımda şayiələr gəzir ki, guya sevgilim var, o mənə maddi yardım edib, dəstək olur. Amma belə bir şey yoxdur. Yalnız ailəm mənə dəstək olur və öz gücümə işləyib, bura qədər gəlmişəm”.

Qeyd edək ki, Mina Hüseyn keçmiş “ANS TV”nin yetirməsidir. O, illər öncə sözügedən televiziyada “Dur oppan” mahnısı ilə tanınıb. Həmçinin, Mina məşhur estrada müğənnisi Elnarə Xəlilovanın xalası qızıdır.(oxu)





Xəbərin oxunma sayı : 1060




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap