Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim” - Amaliya Pənahova

Tarix 18.09.17, 15:17

Font ölçüsü : - / +
bitmap-img6


"Senzuranın olmasının sovet dövründə öz ifratları var idi, olmamasının da indi bir başqa ifratları var. Ümumiyyətlə, bu sözü bizdə düzgün anlamırlar deyə düzgün də aşılmırlar. Bəyəm senzura kiminsə əlində dəyənək başının üstündə durub sənə nəyisə diktə etməsidir, ya senzuranın olmaması ağzına yiyəlik etməməkdir? Ortaq məxrəc var ki, mənəviyyata xidmət edir, bax həmin məxrəcə gəlmək lazımdır. Hər açıq-saçıqlıq və ya hər deyilən söz hələ sənət demək deyil”.

AzFakt.com xəbər verir ki, bunu kulis.az-ın "Şəkilinlə danış" layihəsinə müsahibəsində xalq artisti Amaliya Pənahova deyib. O, bildirib ki, bizim tamaşaçılarımız hələ açıq – saçıq səhnələrə alışmayıb və bunu birdən-birə həzm etdirmək olmazDigər tərəfdən bizdə bu səhnələri professional səviyyədə çatdıra bilmirlər: "Mən "Təhminə”də açıq heç nə görmürəm. Tamaşasını Fuad Poladovla mən ifa edirdim. Biz o yüksək sevgi səhnələrini çox estetik şəkildə canlandırmışdıq, bununla heç kəsin duyğularını qıcıqlandırmamışdıq. Hər dövrün, hər tamaşaçının öz zövqü, öz dünyagörüşü var. Mənim müəllimlərim olmuş Ədil İsgəndərov, Tofiq Kazımov deyirdilər ki, heç vaxt tamaşaçının zövqüylə addımlamayın, çalışın siz tamaşaçını öz ardınızca apara biləsiz. Tamaşaçılar da gərək filmin bədii tərəfinə baxsın da, uyğunsuz olan bir nöqtədən yapışmasınlar”.

A. Pənahova deyib ki, "Təhminə” rolunu o oynamaq istəyib: "Filmdə mən çəkilmək istəyirdim, bu istək neçə ildir ki, mənim ürəyimdə qalıb. O zamanlar mənə sirr idi ki, niyə Rasim Ocaqov mənə heç təklif də etmədi? İstanbulda Beynəlxalq kino festivalında olanda, rəhmətlik Ocaqovla söhbət açıldı, o mənə gözəl sənətkar olduğumu dedi, mən də izin vermədim ürəyimdə qubar qalsın, dedim, mən gözəl sənətkar olsaydım, siz "Təhminə”yə çəkərdiniz. O da heyrətlə bir mənə, bir yoldaşıma baxdı və dedi: "Filmdəki açıq səhnələrə görə rolu sənə təklif etməyə ürək etmədim, qorxdum birdən razılaşmazsan”. Sizə dediyimi o zaman ona da demişdim ki, filmdə açıq heç bir şey görmədim və mən o sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim. Ona görə də bir neçə il öncə düşünmüşdüm ki, eyniadlı filmi özüm fərqli şəkildə çəkim və baş rolu da özüm ifa edim”.
 







Xəbərin oxunma sayı : 202




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap