Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İsgəndər Həmidov həbs oluna bilər

Tarix 22.05.19, 16:52

Font ölçüsü : - / +
bitmap-img6


AXH üzvlərinin saxlanılması ilə bağlı məsələ böyüyür

“Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvü İsgəndər Həmidov Türkiyədə müayinədən keçir. Müayinələrin nəticələrinə uyğun olaraq həkimlər ya müalicə, ya da əməliyyat qərarı verə bilər”.

Bu barədə mayın 22-də AXH-nin dönəm sədri Fuad Əliyev musavat.com-a məlumat verib.

Qeyd edək ki, mayın 19-da axşam saatlarında İ.Həmidovun anidən vəziyyəti pisləşib. Sabiq nazir şiddətli ürək ağrıları ilə xəstəxanaya yerləşdirilib. Həkimlər təkidlə onu əməliyyat etmək istəyiblər. Lakin ailə üzvləri və yaxın qohumları buna imkan verməyiblər.

Belə ki, İsgəndər Həmidovun yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xaricə aparılmağı məqsədəuyğun sayılıb. Bundan sonra İsgəndər Həmidov müayinə olunmaq üçün Türkiyəyə aparılıb.

Fuad Əliyev musavat.com-a açıqlamasında AXH üzvlərinin rayonlarda polis şöbələri və Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığı barədə də məlumat verib: “Gün ərzində regionlardan aldığımız məlumatlara əsasən, AXH rayon şöbələrinin rəhbərləri, eləcə də sıravi üzvləri polis bölmələrinə çağırılıblar. Belə ki, AXH Bərdə, Cəlilabad, Şirvan, Saatlı, Sumqayıt, Şəki, Qusar, Qaradağ rayon şöbələrinin üzvləri polis bölmələrində 10 saatdan çox saxlandıqdan sonra sərbəst buraxılıblar. AXH Şəki şəhər təşkilatının sədri İlyas Həsənov həbs olunub. AXH Qusar təşkilatın sədri Didad Əhmədov mayın 23-ü üçün polis bölməsinə çağırılıb.

AXH Bərdə rayon şöbəsinin sədri Tahir Allahverdiyev, AXH MNTK-nin üzvü Araz Quliyev, AXH İdarə Heyətinin üzvü Mirhüseyn Nağıyev və Cəlilabad rayon şöbəsinin sədri Saməddin Məmmədov polis bölmələrində saxladıqdan sonra Bakıya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər. Bundan başqa, artıq iki gündür ki, AXH İdarə Heyətinin üzvləri Yavər Mikayılov və İlyas Abdullayevin polis tərəfindən harda saxlanıldıqları məlum deyil. Bununla bağlı AXH İdarə Heyəti hesab edir ki, bu, siyasi sifarişdir və AXH üzvlərinə və rəhbərliyinə təzyiqlərə son qoyulmasını və həbs olunanların azad olunmasını tələb edir”.

F.Əliyev həmçinin məlumat verdi ki, AXH İdarə Heyəti həbs olunanlara dəstək üçün mayın 22-də saat 10-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin önünə toplaşıblar. “Kanal 13” hadisə yerindən bir neçə dəfə canlı yayına cəhd edib. Ərazidə internet rabitəsi kəsilib. Məlumata görə, “Kanal 13”-ün əməkdaşı çəkilişə görə idarəyə aparılıb, lakin az sonra sərbəst buraxılıb. Binanın qarşısına toplaşan AXH İdarə Heyətinin uzvləri idarəyə dəvət olunublar.

F.Əliyev onu da dedi ki, İsgəndər Həmidovun Bakıda olmaması AXH-nin mitinqinə təsir etməyəcək: “Mitinq Komitəsi öz fəaliyyətini davam etdirir”.

AXH İdarə Heyətinin üzvü, GAP sədri Ağasif Şakiroğlunun verdiyi məlumatda isə deyilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında aksiya keçirmək istəyən AXH üzvlərindən 30 nəfər idarəyə aparılıb. Saxlanılanlardan 18 nəfər İdarə Heyətinin üzvləridir: “Saxlanılanlardan İsgəndər Həmidovun və mənim əleyhimə ifadə vermələri tələb olunur. Guya ki, biz 25 may mitinqi ilə bağlı rayonlardan adamların Bakıya gəlməsi və razılaşdırılmamış mitinq keçirmək üçün rayonlarda olan şöbə sədrlərinə külli miqdarda pul göndərmişik. Halbuki, biz mitinqdə iştirak üçün heç kimə pul verməmişik. İdarəyə aparılanların əksəriyyətinin onlardan edilən tələbi yerinə yetirmədikləri, bəzilərinin isə istənilən ifadəni verməyə məcbur olduqları barədə məlumat əldə etmişik. Mayın 21-də saxlanılan 32 nəfərdən 14 nəfərini mayın 22-də mitinqlə bağlı xəbərdarlıq edib, buraxıblar. Yerdə qalanlardan xəbər yoxdur.

İsgəndər Həmidov isə hazırda müalicə olunur, AXH ətrafında baş verənləri daim müşahidə edir və AXH-nə qarşı başladılmış bu təzyiqləri pisləyir, bu tip təzyiqlərin dayandırılmasını tələb edir. Hazırda səhhətilə bağlı ona gərginlik olmaz. Bu səbəbdən də baş verən məlum olayları AXH İdarə Heyətinin azadlıqda qalmış 6 üzvü tənzimləməyə çalışır. Bizlər də həbs olunarıqsa, prosesin tam nəzarətdən çıxacağından və AXH tərəfdarlarının xaotik fəaliyyət göstərməsindən olduqca narahatıq. Çox təəssüf ki, AXH-də təmsil olunmayan, lakin ölkədə fəaliyyət göstərən digər müxalif qurumlar bütün bu təzyiqlərə seyrçi mövqeyində qalırlar. AXH-yə qarşı başlanan bu təzyiq kampaniyasına münasibət bildirmirlər”.

Strateq.az saytı isə xəbər yayıb ki, mayın 19-da müalicə adıyla Azərbaycanı tərk edən sabiq daxili işlər naziri İsgəndər Həmidovu, ölkəyə dönəcəyi təqdirdə, həbs olunmaq təhlükəsi gözləyir. Saytın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi məlumatlara görə, sabiq nazirin Azərbaycan Xalq Hərəkatının üzvlərinə mayın 25-də icazəsiz aksiyaya getmək göstərişi və pul verdiyi haqda daxil olmuş informasiyanın yoxlanması ilə bağlı keçirilən zəruri əməliyyat tədbirləri zamanı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onlarla şəxs saxlanılıb: “İlkin dindirmə zamanı müəyyən edilib ki, İsgəndər Həmidov ölkənin mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etmək ərəfəsində ictimai diqqətin paytaxt Bakıya fokuslandığını nəzərə alaraq, yaxın ətrafına, eləcə də bəzi AXH üzvlərinə mayın 25-də və mayın 28-də icazəsiz aksiyalara getmək barədə göstəriş və pul verib. Dindirməyə cəlb edilmiş 10-larla şəxs pul və icazəsiz aksiyaya getmək barədə göstərişi birbaşa İsgəndər Həmidovdan aldıqlarını artıq etiraf ediblər. İlkin versiyaya görə, sabiq nazirin müayinə və müalicə adıyla ölkədən çıxışı da planlı olub və bu, qanunsuz aksiyalara cəhd ediləcəyi zaman əsas təşkilatçı kimi məsuliyyətdən yayınmağa hesablanıb. Gözlənilir ki, İsgəndər Həmidov ölkəyə dönəcəyi təqdirdə, bu faktlara görə həbs olunaraq, məsuliyyətə cəlb edilsin”.



Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap