Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Əsgəran-Ağdam istiqamətindəki hərbi hissədə işgəncələr və...

Tarix 23.01.18, 2:05

Font ölçüsü : - / +
bitmap-img6


Əsgəran-Ağdam istiqamətindəki hərbi hissədə qeyri-insani şərtlər, işgəncələr və...

Azərbaycanın işğal altındakı ərazilərindəki erməni hərbi hissələrindən birində hökm sürən qeyri-insani şərtlərə dözməyib qaçan hərbi qulluqçuya işgəncə verilib, alçaldılıb. 

Virtualaz.org xəbər verir ki, bu barədə erməni KİV-ləri yazır.

Forrights.am saytının yazdığına görə Ermənistandan olan hərbi qulluqçu, müqavilə əsasında xidmət keçən Edqar Akopyan dəfələrlə “dqr müdafiə ordusu” ilə bağladığı müqaviləni pozmağa çalışıb. Lakin hər dəfə komandir onu döyüb, alçaldıb və “tərbiyə məqsədli” işgəncələr verib.

Bildirilir ki, Akopyan Əsgəran-Ağdam istiqamətindəki hərbi hissələrdən birində xidmət edib. O, hərbi hissədəki qeyri-insani şərtlərə dözməyərək elə xidmətin ilk aylarında böyrək xəstəliyi qazanıb, səhhəti ilə bağlı döyüş növbətçiliyinə çıxa bilməyib və dəfələrlə bu barədə hərbi hissənin komandirinə yazıb. Lakin hər dəfə komandir hərbi qulluqçunun ərizəsini cırıb atıb və Akopyanı zorla səngərə göndərib.

Nəticədə Akopyan dözməyərək hərbi xidmət yerini özbaşına tərk edib, ancaq onu İrəvanda tutub geri qaytarıblar və hərbi hissədə komandir, habelə hərbi polis, o cümlədən şəxsən istintaq şöbəsinin rəisi Akopyana işgəncələr verib, onu alçaldıb.

Maraqlıdır ki, qondarma “dqr müdafiə nazirliyi” Akopyanın döyülməsini və işgəncələrə məruz qalmasını təsdiq edib. Lakin bunu hərbçinin “intizamsızlığı” ilə əsaslandırıb.

“İlk dəfə Akopyan 2017-ci il noyabrın 11-də xidmət yerindən qaçıb. Noyabrın 13-də hərbi polis onu tutub hərbi hissəyə qaytarıb, orada hərbi hissənin komandiri Akopyanla “tərbiyəvi söhbət” aparıb”-qondarma erməni rejiminin “hərbi nazirliyi” bildirir.

Akopyanın hərbi hissədən qaçması bir neçə dəfə təkrarlanıb, nəhayət onu 2018-ci il yanvarın 17-də xidmətdən ehtiyata buraxıblar. Sayt yazır ki, əslində Akopyanla müqaviləyə hərbi hissədə baş verən özbaşınalıqların ictimailəşməsindən sonra xitam verməyə məcbur olublar. Ermənistanda fəaliyyət göstərən “Jurnalistlər insan haqları naminə” hüquq müdafiə təşkilatı Baş prokurorluğa müraciət edərək Akopyanın zorakılığa məruz qalmasına görə cinayət işi qaldırmağı tələb edib.

Qeyd edək ki, işğal altındakı Azərbaycan ərazilərində dislokasiya olunmuş erməni hərbi hissələrində dözülməz məişət şəraitinə, qeyri-insani rəftara görə az qala hər həftə hərbi qulluqçular ya intihar edir, ya xidmət yerlərini tərk edirlər. Bir çox hallarda Ermənistan Müdafiə Nazirliyi hərbi hissələrdəki qeyri-insani şərtlərə dözməyib özünü vuranları “Azərbaycan tərəfinin açdığı atəşlə həlak olub” adı altında ört-basdır etməyə çalışır.





Xəbərin oxunma sayı : 238




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap