Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Siyahıda bloggerlər, jurnalistlər, inanclı insanlar, keçmiş dövlət məmurları var“ - Hüquq müdafiəçisi

Tarix 18.02.19, 19:11

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda Azərbaycan gündəmində olan əsas mövzulardan biri də gələn ay Novruz bayramında imzalanma ehtimalları yüksək görünən əfv sərəncamıdır. Əfv Komissiyasının iclaslarının intensivləşməsi və hüquq müdafiəçilərinin bu istiqamətdə gördükləri işlər əfv ümidlərini durmadan artırır.

Bununla əlaqədar bir qrup hüquq müdafiəçisi fevralın 18-də Əfv Komissiyasının üzvü, daxili işlər naziri Ramil Usubovla görüşüblər.

Görüşdə iştirak edən İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı "Yeni Müsavat”a bunları deyib: "Bu görüş bizim təşəbbüsümüzlə oldu. Görüşdə Monitorinq Qrupunun üç üzvü - Novella Cəfəroğlu, Səadət Bənəniyarlı və mən iştirak etdim. Ramil müəllim Əfv Komissiyasının üzvü olduğu üçün görüşdə ilk olaraq siyasi məhbus siyahılarını ortaya qoyduq. Siyahı ilə bağlı fikirlərimizi dedik və Əfv Komissiyasında həmin məhbusların taleyinin müsbət həll olunmasını istədiyimizi ifadə etdik. Siyahıda bloggerlər, jurnalistlər, inanclı insanlar, keçmiş dövlət məmurları var. Siyahıdakı adları tam şəkildə açıqlamaq istəmirəm. Amma onu deyim ki, hüquq müdafiəçiləri kimi son dərəcə onların taleyinə obyektiv yanaşmışıq. Siyahını da bu nöqteyi-nəzərdən hazırlamışıq. Digər məsələlər bizə gələn şikayətlər idi. Hər bir şikayəti Ramil müəllimin nəzərinə çatdırdıq. Elə oradaca şikayətlər nəzarətə götürüldü. Artıq problemlərin aradan qaldırılması üçün işlər başlayıb. Belə görüşlərimiz davamlı olacaq. Siyahımızı Əfv Komissiyasının digər üzvləri olan Azay Quliyevə və Əliməmməd Nuriyevə də vermişik. Əfv Komissiyasının digər üzvləri ilə də görüşməyə çalışacağıq. Hər halda vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də, bu problemdən narahat olan insanlar kimi, uzun illərdir bu problemlə məşğul olan hüquq müdafiəçiləri olaraq biz üzərimizə düşən işləri görürük, problemləri aidiyyatı qurumlara, şəxslərə çatdırırıq. Azərbaycanın siyasi məhbus problemindən qurtulması öncəliklə bizim marağımızdadır. Çünki bu problem "Damokl qılıncı” kimi ölkəmiz üzərində asılıb qalıb”.

Hüquq müdafiəçisi əfvə düşmək üçün məhbusun hansı kriteriyalara cavab verməli olduğunu açıqladı: "Azadlığa çıxmağın müxtəlif yolları var. Bilirsiniz ki əfv etmək prezidentin səlahiyyətindədir. Çalışmışıq ki, o siyahını obyektiv tutaq. Az müddət cəzası qalanlar, xəstə olanlar, qadın məhbuslar, səhhətləri ağır olan inanclı insanlar azadlığa çıxmalıdırlar. Ailə vəziyyəti ağır olanlar da nəzərə alınmalıdır. Məhbusa Cinayət Məcəlləsi üzrə verilən maddə hökmən əfvdə nəzərə alınır. Ağır və ya orta maddələr nəzərə alınmaya bilməz. Məhbusun cəzasının 3/1-i qalmalıdır ki, əfv şansları yaransın”.



Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap