Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Siyavuş Novruzov üzvlük üçün müraciət etsə qəbul edilə bilər” – Pənah Hüseyn

Tarix 10.12.18, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağ Komitəsi yeni bir siyasi partiya, siyasi birlik, QHT və ya QHT-lər alyansı deyil. Bu, təşkilat olmaqdan daha artıq bir hərəkatdır, Qarabağ uğrunda Qarabağ naminə xalq hərəkatıdır, müqavimət hərəkatıdır. Odur ki, ənənəvi mənada başa düşülən təşkilatlanma anlayışı da burda yerinə düşmür”.

AzFakt.com bildirir ki, bu sözləri Azərbaycanın sabiq baş naziri, Qarabağ Komitəsinin üzvü Pənah Hüseyn musavat.com-a müsahibəsində deyib.

Onun sözlərinə görə, yerlərdə insanlar özləri təşəbbüs göstərib dayaq dəstələri, dəstək qrupları, təəssübkeşlər şəklində bu hərəkata qoşulur: “Hətta bizim təklifimiz odur ki, burda etnik mənsubiyyət, vətəndaşlıq da şərt deyil. Hazırda Qarabağ Komitəsinin Cənubi Azərbaycan qolunun yaradılması barədə ciddi təşəbbüslər var”.

P.Hüseyn bildirib ki, Qarabağ Komitəsində kifayət qədər hakimiyyətin daxili və xarici siyasətinə münasibətdə loyal olan şəxslər də var: “Biz bu yaxınlarda indiki hakimiyyətə radikal müxalifət mövqeyindən çıxış edən mühacir Qurban Məmmədovu onun təkidli müraciətlərindən sonra Komitəyə üzv qəbul etdik. Sabah radikal iqtidarçı Siyavuş  Novruzov, ya bir başqası Qarabağ Komitəsinə üz olmaq üçün müraciət edərsə o da qəbul edilə bilər. Əsas məsələ Komitənin əsasnaməsindəki məqsəd və hədəflərlə razılaşdığını bəyan etməkdir. Yeri gəlmişkən, Qarabağ Komitəsi təkcə hakimiyyət tərəfindən yox, nüfuzlu müxalifət qruplarının bəziləri tərəfindən də birmənalı qarşılanmır və dost olmayan münasibətlə üzləşir”.

 



Xəbərin oxunma sayı : 337




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap