|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Siz gəlib tarixi Azərbaycan torpağında yaşayırsınız“ – Tarix İnstitutundan gürcü millətçilərinə sərt cavab
Tarix 16.05.19, 22:44 |
|
Tarix İnstitutunun Elmi Şurası: “Azərbaycana qarşı ərazi iddialarının heç bir elmi əsası yoxdur”
“Keşikçidağ monastr kompleksində ilk kilsəni məhz Azərbaycan türklərinin başçısı inşa etmişdi”
“Bu gün iddia qaldırdığınız ərazi Tiflis türk-müsəlman dövlətinin – Tiflis əmirliyinin torpaqlarının bir parçası olmuşdur”
Gürcüstanın keçmiş Daxili İşlər naziri, Müdafiə naziri, adı hər zaman korrupsiyada hallanan İrakli Okruaşvili, eyni zamanda Leyboristlər Partiyasının rəhbəri, 2012-ci il parlament seçkilərində və 2014-cü il prezident seçkilərində tam uğursuzluğa düçar olduqdan sonra partiya sədrliyindən istefa verməyə məcbur olan, sonra yenidən partiyasına qayıdan Şalva Natelaşvili bu yaxınlarda ölkələrində itirilmiş imiclərini yenidən bərpa etmək üçün qonşu və dost Azərbaycan və Gürcüstan respublikaları arasına nifaq salmaq üçün sərhəd bölgəsinə gələrək məsuliyyətsiz açıqlamalar və bəyanatlar səsləndiriblər.
Onlar Azərbaycan Respublikasına qarşı ərazi iddiaları səsləndirməklə kifayətlənməyib, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlətməkdən də çəkinməmişlər. Onların bu çıxışları qardaş Gürcüstanda müəyyən ajiotaja səbəb olmuşdur, Azərbaycanda isə geniş ictimai dairələr arasında haqlı narazılıq doğurmuşdur. İlk olaraq qeyd edilməlidir ki, İrakli Okruaşvili və Şalva Natelaşvili kimilər gürcü xalqına dost və qardaş olan Azərbaycan xalqını “çoban”, “gəlmə” adlandırır, özlərini isə az qala bütün Cənubi Qafqazın ən qədim etnosu kimi təqdim edirlər. Hətta bəziləri həddini daha da aşaraq Gürcüstan Respublikasının aborigen əhalisi olan 500 minə yaxın azərbaycanlının yaşadıqları vətənlərindən çıxarılması ilə bağlı sərsəm fikirlər səsləndirir, məsuliyyətsiz çıxışlar edirlər.
Bununla əlaqədar olaraq AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurası bütün məsuliyyəti ilə bəyan edir ki, Azərbaycan xalqı Cənubi Qafqazın, o cümlədən müasir Şərqi və Cənubi Gürcüstanın ən qədim aborigen etnoslarından biridir.
Biz hər iki böhtançıya, həmçinin onlarla eyni fikirdə olan hər kəsə bildiririk: Azərbaycan xalqı qədim Azərbaycan – Albaniya dövlətinin tarixi varisidir. Albaniya dövlətinin ərazisi isə İberiyanın ən ucqar sərhədlərinə qədər uzanırdı. Cənab İrakli Okruaşvili və Şalva Naltelaşvili, sizin ata-babalarınız İberiya – indiki İmeretiya ərazilərində yaşayırdılar. İberlərin şərq qonşuları albanlar, albanların qərb qonşusu isə iberlər idi. Böyük Plini iki xalq arasında sərhəddin Dəryal keçidindən başladığını, burada Kumania (bəli, məhz Kuman!, cənab Şalva!) istehkamının yerləşdiyini, Hermastla – Armazi ilə üzbəüz cahanın hissələrə (Sarmatiya, Albaniya və İberiya) bölündüyünü yazır (Plini. VI.26.30). Strabon Kürün Araqvini qəbul etdikdən sonra dar vadi ilə Albaniyaya axdığını deyir ki, bu da müasir Msxeta ərazisinə uyğundur (Strabo, XI.3.2). Ptolemey, ümumiyyətlə, Telavi, Tiflis, Tianeti kimi şəhərləri Albaniya şəhərlərinin sırasında verir (Ptolemey, kitab 5, bölmə 12).
Bu mənbələrlə tanış olun, əgər buna sizin elmi potensialınız imkan verməsə, onda gürcü müəlliflərinin əsərlərinə müraciət edin. Əgər bu ifadələri səsləndirənlər öz gürcü mənbələrini – Kartlis Sxovrebanın “Gürcüstanın xristianlığa döndərilməsi” bölməsini, Leonti Mrovelinin “Kartli çarlarının həyatı” əsərlərini oxusalar, e.ə. VIII-III əsrlərdə bu günkü bütün Cənubi və Şərqi Gürcüstan ərazisində gürcülərin buntürk, xəzər və hunadlandırdıqları qeyri-gürcü tayfalarının yaşadıqlarını qeyd etdiklərini görərdilər. Gürcü mənbələri qeyd edirlər ki, bu dövrdə Kartlidə xəzər nüfuzu o qədər güclü idi ki, iberlərin danışdığı altı dildən biri məhz xəzər dili olmuşdur, bütün gürcülər xəzər dilini bilirdi və danışırdı (Cənab İraklilər və Şalvalar! Bu məlumatları bir də oxuyun!). Bu haqda baxın: Обращение Грузии. Пер. с древнегруз. Э.Такайшвили. Ред. М. Чхартишвили; [Ред. кол. Ш. В.Дзидзигури, М. Д. Абашидзе, З. Н. Алексидзе и др.]; АН ГССР, Комис. по источникам истории Грузии. – Тб.: Издательство «Мецниереба», 1989 – s.23; Леонти Мровели. Жизнь Картлийских царей. Перевод с древнегрузинского, предисловие и комментарии Г. В. Цулая. Москва, 1979 – s.25-28.
Bu məlumatları arxeoloji materiallar da təsdiq edir. Belə ki, bu iddiaları səsləndirənlər Şərqi Gürcüstanın e.ə. VIII-III əsr maddi-mədəniyyət nümunələrinə baxsalar, həmin ərazilərin tamamilə kimmer-iskit-sak və erkən alban-türk (Yaloylutəpə) mədəniyyətinə aid olduğunu görərlər. Bunu biz yox, məhz gürcü tarixçiləri – G.Alasania, Q.Melikişvili, M.Andronakişvili, R.Abramişvili, M.Sanadze və başqaları öz əsərlərində təsdiq edirlər (bax: Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s. 9-10; Меликишвили Г. А. К истории древней Грузии. Тбилиси: Изд-во АН Груз.ССР, 1959, c. 128, 292).
Beləliklə, müasir Tiflis şəhəri, onun qərbindəki Alban düzü və ətraf ərazilər İberiyanın deyil, İskit-sakların idarəçiliyində, daha sonra isə Albaniya dövlətinin sərhədləri daxilində olmuşdur. Ərəb işğalları zamanı Albaniya dövləti aradan qaldırıldıqdan sonra Ərəb Xilafəti keçmiş tarixi sərhədləri saxladı və Albaniya ərazisi Arran torpaqları kimi adlandırılmağa başlandı.
VIII əsrin ortalarında bu ərazilərdə, Albaniya şəhəri, həm də İslamın sərhəd şəhəri olan Tiflis və onun ətraf ərazilərində (Borçalı da daxil olmaqla) Tiflis türk-müsəlman dövləti – Tiflis əmirliyi yarandı. Bu gün iddia qaldırdığınız ərazi Albaniya dövlətinin, Tiflis əmirliyinin torpaqlarının bir parçası olmuşdur. 300 ildən çox mövcud olmuş Tiflis əmirliyində Azərbaycan xalqı qədim mədəniyyət yaradıb. Yüzlərlə “Tiflisi” ləqəbi ilə görkəmli alimlər yetişdirib. Bu haqda xarici mənbələri, Azərbaycan tarixçilərini oxumaq meyliniz olmasa, gürcü müəlliflərin əsərlərinə baxın (Лордкипанидзе М. Д. Тбилиси (IV- начало XII в.). Тбилиси: Общество «Цодна», Тип. «Самшобло», 1991).
İndi siz tarixi Azərbaycan torpaqlarında yerləşən Albaniya tarixi abidəsi olan David Qareci monastırı üstündə torpaq iddiası qaldırırsınız. Bu tarixi monofizit alban məbədinin diofizit İrakliyə, Şalvaya heç bir dəxli yoxdur. Elə «Тифлисские ведомости» qəzetinin 1832-ci ilin 2 saylı yanvar buraxılışında, Q.S.Qordeyev adlı müəllifin məqaləsində göstərilir ki, VI əsrdə Gürcüstanda Kürün sağ sahilində yaşayan “tatarların”, yəni Azərbaycan türklərinin başçısının adı Babakər idi və Keşikçidağ monastr kompleksində ilk kilsəni məhz o inşa etmişdir («Тифлисские ведомости», 1832, январь, №2). Bu ərazidə olan kilsələr və digər xristian abidələri də gürcü diofizit kilsəsinin deyil, müstəqil alban kilsəsinə məxsus alban mədəniyyət nümunələri idi. Onu da qeyd etmək lazımdır ki, David Qareci və onunla VI əsrdə bu ərazilərə gəlmiş 12 assuriyalı monofizit missioner müasir gürcülərdən etiqadlarına görə fərqlənirdi. Onlar monofizit albanlarla eyni etiqada malik idilər.
Bununla belə, Keşikçidağ kompleksi ilə bağlı dəfələrlə qardaş Gürcüstan tərəfinin istəkləri nəzərə alınaraq müxtəlif sazişlər imzalanıb. O cümlədən, 1921-ci ilin iyul ayında N.Nərimanov-F.Maxaradze sazişi də imzalanıb, sazişə əsasən, iki dövlət arasında sərhəd ümumi şəkildə müəyyən olunmuşdu. Bu saziş və bundan sonra 1929-cu ilə qədər imzalanmış daha bir neçə qətnamə ilə Keşikçidağ da daxil olmaqla Gürcüstan və Azərbaycan arasındakı mübahisəli sərhəd məsələsində müəyyən addımlar atılmışdır.
Lakin hər dəfə də bu sazişləri siz İraki Okruaşvili, Şalva Natelaşvili və onun kimiləri pozmağa cəhd etmisiniz. Biz Azərbaycanda ərazi məsələlərini və problemlərini dərindən araşdırmışıq (bax: Elvira Lətifova, “Şimal-Qərbi Azərbaycan: İlisu sultanlığı”, Bakı, 1999; Əliyev Şirinbəy, “Şimal-Qərbi Azərbaycan: İngiloylar”, Bakı, 2007; Şamil Rəhmanzadə, “Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri)”. Bakı, “Aspoliqraf”, 2008; Arzu Məmmədova, “Car-Balakən camaatlığı XVII əsrin sonu-XIX əsrin əvvəllərində”, Bakı, UniPrint, 2009; “Şimal – Qərbi Azərbaycan”. Bakı, Şərq – Qərb nəşriyyatı, 2011).
Gürcüstanda da obyektiv tarixçilər bu məsələlərin kökünü yaxşı bilirlər. Ona görə də sizin kimilərin sərhəddəki sayıqlamalarına Azərbaycan tərəfindən cavab verənlər tapıla bilər. Bütün bu tarixi faktlar göstərir ki, sizin sərhəddəki çıxışlarınızın heç bir elmi əsası yoxdur. Sərhəddən bu tərəfdə yaşayanlar heç də sizin iddia etdiyiniz kimi Altaylardan gəlməyiblər və düşündüyünüz kimi “savadsız çoban” deyillər.
Əslində isə, İrakli Okruaşvili və həmfikirləri başa düşməlidirlər ki, siz İberiyadan, yəni İmeretiyadan gəlib tarixi Azərbaycan torpağında yaşayırsınız. Mədəniyyətsizlik və savadsızlığa qaldıqda, sizin mədəniyyətsiz dediyiniz bizim sərhədçilər yüksək mədəniyyət nümayiş etdirərək sizin söyüş və təhqirlərinizə cavab vermədilər.
Vandalizmə, mədəniyyət abidələrinin məhvinə gəldikdə, sizdən soruşula bilər ki, Tiflis əmirliyinə aid olan qədim mədəniyyət abidələri hara getdi? Sultan Alp Arslanın Tiflis şəhərində ətrafdakı bütün tikililəri əzəməti ilə kölgədə qoysun deyə tikdirdiyi böyük və möhtəşəm məscidin aqibəti necə oldu? Tiflis əmirlərinin imarətləri hara yox oldu? (Лордкипанидзе М. Д. Тбилиси (IV- начало XII в.). Тбилиси: Общество «Цодна», Тип. «Самшобло», 1991 – s.50).
Didqori vuruşmasından sonra işğal edilən Tiflisdə IV Davidin, sonrakı dövrdə isə I Demetrenin müsəlmanların hörmətini qazanmaq üçün baş çəkdiyi, xütbə dinlədiyi, ianə verdiyi məscidlər hara oldu?Nəhayət, Kürün sahilində ucalan möhtəşəm Şah Abbas məscidinin taleyi necə oldu? Tiflis şəhəri və ətrafındakı saysız-hesabsız türk-müsəlman toponimlərinin taleyi necə oldu?
Ona görə də sizin kimilər gedib real tarixi dərindən öyrənsinlər və bir həqiqəti yaddan çıxarmasınlar: Keşikçidağdan bu tərəfə doğru yaşayan 10 milyon “çoban”ın müasir Gürcüstan ərazisində yaşayan və sizin ölkədən çıxarmağa hazırlaşdığınız 500 min “çoban”ın ana vətəni hal-hazırda yaşadıqları doğma torpaqlarıdır.
Əsrlərdir İrakli kimilər o izləri silmək, abidələri “özününküləşdirmək” istəsələr də, o insanlar torpaqlarından, ana vətənlərindən qoparıla bilməz. Sizin sərhədlərinizdən qərbdə yaşayan daha 80 milyon “çoban”ın tarixinizdə oynadığı rolu da unutmamağınız məsləhət görülür. Eyni zamanda qeyd etmək lazımdır ki, IV David və Tamar əgər sizin “çoban” adlandırdığınız türk-qıpçaqlar olmasaydı, heç bir uğur qazana bilməzdilər. Məhz o “çoban”ların sayəsində IV David İberiyanın sərhədlərini genişləndirə bilmişdi. Belə ki, IV Davidin 60 minlik ordusunun 45 min nəfərə qədəri “çoban” adlandırdığınız türklər təşkil etmişdi (Лордкипанидзе М.Д. История Грузии XI – нач. XIII вв. – s. 98, 105; Месхиа Ш.А. Дидгорская битва. Тбилиси: Издательство «Мецниереба», 1974 – s. 82). Siz isə dar və çətin zamanlarda sizi xilas edən bu “çobanları” yerindən-yurdundan sürgün etmisiniz, Axıska türklərinin torpaq məsələsini hələ də həll etmək istəmirsiz!
Daim sizi əhatə edən bu “çoban”lar heç zaman qoç başını kilsələrə yapışdırmamışlar. Xristian inancına və abidələrinə hörmətlə yanaşmışlar. İrakli Okruaşvili, Şalva Natelaşvili kimi “yüksək mədəniyyət”ə malik olan sizlər isə donuz başını məscidlərə yapışdırırsınız, nəinki xalqlar arasında ədavət toxumu səpməkdən çəkinmirsiniz, eyni zamanda öz soyunuzdan olan müsəlman acarlar və gürcülərə də dini mənsubiyyətlərinə görə düşmən münasibət göstərirsiniz. Tərəfinizdən xalqımızın ünvanına söylənilən söyüşlərə gəldikdə isə, bu söyüşlərin əsl ünvanı İrakli Okruaşvili, Şalva Natelaşvili və onlar kimilərdir.
Sizin kimilər tərəfindən Rusiyanı təcavüzkar adlandırmaq hal-hazırda dəbdədir. Bütün günahlarınızı Rusiyanın üzərinə yıxmaqla özünüzü təmizə çıxarırsınız. Bu, sizin öz işinizdir. Lakin onu da unutmayın ki, Çar Rusiyasını XVIII əsrdə Cənubi Qafqaza elə sizin kimilər gətirib. Georgiyevsk traktatını unutmayın! Onu da unutmayın ki, Gürcüstan respublikasının bütün çətin dövrlərində sizin “çoban” adlandırdığınız 500 min aborigen azərbaycanlı həmişə gürcü dövlətinin yanında olmuşdur.
Sizdən fərqli olaraq, Azərbaycan Respublikası dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının tarixi keçmişinə, inancına, abidələrinə hörmətlə yanaşır, onu qoruyub saxlayır. Azərbaycanın hər bir vətəndaşı Azərbaycan üçün əzizdir. Etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda heç kim Sizin düşündüyünüz kimi “qonaq” deyildir, hər kəs Azərbaycanın tam hüquqlu vətəndaşıdır. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəni əhatə edən mağaralar kompleksini Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan etmiş, bununla bölgənin Azərbaycan tarixinin ayrılmaz parçası olduğunu bir daha təsdiq etmişdir.
Azərbaycan və gürcü xalqlarının dost və qardaşlığı bütün dövrlərdə tarixin sərt sınaqlarından şərəflə çıxmışdır. Bu dostluq və qardaşlığa nifaq salmağa çalışanlar həmişə tarixin tullantılarına çevrilmişlər. Bunu unutmayın!
Tiflis şəhərində dağıdılmış Şah Abbas məscidinin görüntülərini təqdim edirik:
Xəbərin oxunma sayı : 487
Analiz
Xəbərlər
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
TOP 10
ARXİV