Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Sizi əmin edirəm ki, Livanı daş dövrünə qaytararıq” – İsrailin kəşfiyyat naziri

Tarix 14.12.17, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


“Sizi əmin edirəm ki, Livanı daş dövrünə qaytararıq”.

“Report” Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bunu İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats mərkəzi Səudiyyə Ərəbistanıda yerləşən “Elaph” qəzetinə müsahibəsində deyib.

On bir ilə əvvəl Livanın “Hizbullah” qruplaşması ilə İsrail ordusu arasında baş verən döyüşlər haqqında sualı cavablandıran nazir bildirib ki, yenidən hərbi əməliyyatlara başlaya bilərlər: “Suriyada olduğu kimi, hərbi əməliyyatlarla onlara (Livanın “Hizbullah” qruplaşmasını   nəzərdə tutur – “Report” ) mane olacağıq. Bu dəfə daha güclü hücum edəcəyik və bütünlükdə Livanı hədəfə alacağıq”.

İ.Kats İranın Livanda raket bazası tikdiyindən xəbərdar olduqlarını söyləyib: “Biz müharibə istəmirik. Livana zərər vermək də bizi maraqlandırmır. Ancaq bir llvanlının İsrailə hücumunu belə qəbul edə bilmərik”.

Nazir Səudiyyə Ərəbistanının Qüds böhranı məsələsində İsrail ilə Fələstin arasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcəyini söyləyib.

İsrail Silahlı Qüvvələr Baş Qərargahının rəisi Gadi Eyzenkot də bir müddət əvvəl Səudiyyə Ərəbistanı KİV-inə müsahibə vermişdi. Bu iki ölkə münasibətləri tarixində ilk hadisə idi. Həmin müsahibənin Səudiyyə Ərəbistanı-İsrail arasındakı yaxınlaşmaya sübut kimi təqdim edilimişdi.

Xatırladaq ki, İsrael Katsın Səudiyyə Ərəbistanını ərəb dünyasının lideri olaraq tanıdığını bildirərək vəliəhd şahzadə Məhəmməd bin Salmanı ölkəsinə dəvət etidiyi barədə məlumat yayılıb.

Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik əlaqələr mövcud deyil. Bununla belə tərəflər arasında qeyri-rəsmi təmasların olduğu da etiraf edilir.



Xəbərin oxunma sayı : 115




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap