Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Skripalın zəhərlənməsi əmrini Putin verib” – Britaniya XİN rəhbəri

Tarix 17.03.18, 0:00

Font ölçüsü : - / +
bitmap-img6


“Solsberi şəhərində kimyəvi silahın tətbiqi barədə əmri çox böyük ehtimalla Rusiya prezidenti Vladimir Putin verib”.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

B. Conson rus xalqı və ruslara qarşı neqativ fikirdə olmadıqlarını söyləyib: “Bizim rusiyalılara qarşı hər hansı pis münasibətimiz yoxdur. Baş verənlərə görə heç bir rusofobiyaya yol verilməyəcək”.

Nazir qeyd edib ki, Britaniya hökumətinin problemi Kreml və Putinlədir: “Biz hesab edirik ki, İkinci Dünya müharibəsindən bu yana Avropanın, Britaniyanın küçələrində ilk dəfə əsəb-iflic qazından istifadə barədə qərar, fövqəladə ehtimalla, məhz ona aiddir”.

Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar. Martın 12-də baş nazir Tereza Mey parlamentdəki çıxışında hadisə ilə bağlı aparılan ilkin təhqiqata dair məlumatlar verib. O bildirib ki, S. Skripal və qızına qarşı SSRİ-də hazırlanmış və Rusiyanın sərəncamında olan “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. T. Mey izahat üçün Rusiyaya 1 sutka vaxt verib.

Martın 14-də isə T. Mey parlamentdəki çıxışında Rusiyadan hər hansı cavab almadıqlarını deyib və bu səbəblə, sanksiya xarakterli cavab addımlarını elan edib. O, Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul etdiklərini bildirib. Hökumət başçısı qeyd edib ki, bu diplomatlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilir: “Rusiya bu iyrənc əmələ görə cavabdehdir. Biz onlara izahat üçün vaxt verdik, onlar bu məhlulun Böyük Britaniyaya necə düşdüyünü izah edə bilərdilər, lakin əvəzində sarkazmla reaksiya verdilər və ittihamları inkar etdilər. Heç bir şübhə yoxdur ki, Rusiya hökuməti cənab Skripala və onun qızına qarşı sui-qəsddə günahkardır”.

T. Mey Rusiya ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını, xarici işlər naziri Sergey Lavrovun Britaniyaya səfəri ilə bağlı dəvəti geri götürdüklərini və bu ölkədə keçiriləcək dünya çempionatına heç bir hökumət nümayəndəsinin və kral ailəsi üzvlərinin qatılmayacağını bəyan edib: “Əvvəlki əlaqələr artıq mümkün deyil”.

Qeyd edək ki, Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib.




Xəbərin oxunma sayı : 280




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap