Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Skripala sui-qəsdə görə məsuliyyəti Rusiya daşıyır” – Nikki Heyli

Tarix 15.03.18, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsinə görə rəsmi Moskva məsuliyyət daşıyır.APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“ABŞ Böyük Britaniya ilə tam həmrəydir. Böyük Britaniyada iki nəfərin sinir iflicedici maddə ilə zəhərlənməsində Rusiya məsuliyyət daşıyır”, deyə N.Heyli qeyd edib.

Daha sonra Böyük Britaniyanın Təhlükəsizlik Şurasındakı nümayəndəsi Rusiyanı Kimyəvi Silahların Qadağan edilməsi Konvensiyasını pozmaqda günahlandırıb.

Qeyd edək ki, hazırda Təhlükəsizlik Şurasında Böyük Britaniyanın Solsberi şəhərində baş vermiş insidentlə bağlı iclas keçirilir.

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib. Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib.



Xəbərin oxunma sayı : 364




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap