Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İslahat dövrü başladı: milli komandalarda yeni məşqçi nəsli

Tarix 13.12.17, 22:40

Font ölçüsü : - / +
bitmap-img6


AFFA milli komandalara yeni baş məşqçilərin təyinatına hazırlaşır. Güman ki, bu gün bütün yığmalarda yeni çalışdırıcıların kimliyi müəyyənləşəcək.
 
Düzdü, təyinatların dekabrın 20-də reallaşması haqda da söz-söhbət gəzir. Həmin gün AFFA-nın 25 illiyinə həsr olunan tədbir təşkil olunacaq, daha sonra isə İcraiyyə Komitəsinin (İK) il ərzindəki sonuncu iclası reallaşacaq. Amma güman ki, təyinatlar daha tez – ola bilsin, bu gün – açıqlanacaq və bir həftə sonra İK-da rəsmi təsdiqini tapacaq.
 
Yeni məşqçi heyətinin müəyyənləşməsində Qurban Qurbanov xətti aşkar görünür. Milli komandanın baş məşqçisi seçilən zaman AFFA rəhbərliyi də bütün yığmaların məhz onun nəzarətində olacağını açıqlamışdı. “Qarabağ”ın baş məşqçisi bu etimaddan bacarıqla istifadə edir.
 
Milli komandaları illərdi zəbt edən Yaşar Vahabzadə, Təbriz Həsənov, Aslan Kərimov, Babək Alxasov və başqaları artıq oyundankənar vəziyyətdədi. Yığmalara yeni nəsil məşqçilər gəlir. Onlar həm daha perspektivli, həm də uğura acdılar. Düzdü, müəyyən məqamda təcrübəsizlik onlara mane ola bilər, lakin ümumi rəhbərlik Qurbanovdadısa, yalnız uğura ümid etməliyik.
 
Əsas milli komandanın Qurban Qurbanova həvalə edildiyi çoxdan bəllidi. Onun köməkçi seçimi üçün kifayət qədər vaxtı oldu və istənilən halda, Elçin Rəhmanovdan vaz keçmədi. Qurban bəy “Qarabağ”da da eyni vəzifəni tutan sabiq yarımmüdafiəçini yenə yanında görmək istəyir. Digər köməkçinin “Zirə”dən gələcək Zaur Haşımov olması mümkündü. “Neftçi”dən ayrılandan sonra işsiz qalan Dmitri Kramarenko isə qapıçıların hazırlığına cavabdeh olacaq. Çudomir Çakarov, Mahmud Qurbanov və daha 2 məşqçinin də korpusda olması gözlənilir.
 
U-21 millisinin Rəşad Sadıqova tapşırılması bəlkə də bir qədər riskli görünə bilər. Kapitan hələ futbolçu karyerasını bitirməyib, üstəlik, yetərincə məşqçilik təcrübəsi yoxdu. Lakin onun “sükanı arxasında” olduğu “Qarabağ”ın U-19-dakı fəaliyyətini qənaətbəxş saymaq olar, üstəlik, Ağdam klubunun əvəzediciləri ilə uğur qazanan Aftandil Hacıyev də Rəşadın yanında olacaq. Bundan başqa, Sadıqov xarizmatik liderdi, ölkə futbolunu əlinin içi kimi bilir.
 
U-19-da Vüqar Məmmədin fəaliyyətinə proqnoz vermək çətindi. Düzdü, o, Qurbanovun komandasının üzvü olmayıb, əvvəllər də millilərdə çalışıb. Lakin görünür, Qurban bəy onun işini yüksək qiymətləndirdiyindən, həm də cavan kadr kimi güvəndiyindən bu təyinata qarşı çıxmayıb.
 
U-17 Ramil Quliyevə tapşırılacaq. “Qəbələ”də Roman Qriqorçukun yanında təcrübə toplayan bu məşqçi klubdakı fəaliyyəti zamanı işi ilə diqqət çəkib. “Qırmızı-qaralar” onun gedişinə əngəl olmayacaq və yeni məşqçi axtaracaqlar.
 
Düzdü, təyinatlarda dəyişiklik olması da mümkündü. Zaur Haşımovun U-17-də köməkçi olması, U-19-un Vüqar Məmmədə deyil, Adil Şükürova tapşırılacağı haqda da söz-söhbət gəzir. Xüsusilə Şükürovun kənarda qalacağı inandırıcı görünmür.
 
İstənilən halda, Azərbaycan millilərində ciddi islahatlar dövrü başlayır. Qurbanovun müəyyənləşdirəcəyi oyun tərzi, qaydalar, seleksiya işi və tələbkarlıq prinsipləri ölkə futbolunun xilasına hesablanıb. Bizə güvənmək və dəstəkləmək qalır.
 
Bu dəyişikliklər uşaq futboluna münasibətdə də əksini tapmalıdı. Əks halda, milli komandaların uğur qazanması mümkün deyil. Bəlkə də Şükürov elə bu sahə üçün ehtiyatda saxlanılır. “Zirə” akademiyasında böyük işlər görən Adil bəy Uşaq futbolu departamentinə rəhbərlik edən Yusif Vəliyevin yerinə əla namizəd olardı.
 
Qurban bəyin bütün milli komandalara nəzarəti ələ alması Bernard Lippert üçün də son olmalıdı. AFFA-nın idman direktoru 10 ildi heç bir iş görmədən ayına 30 min avro alır, uşaq futbolu, milli komandalarımız isə yalnız geri addımlayır. İndiki vəziyyətdə alman mütəxəssisin varlığının heç bir əhəmiyyəti yoxdur və yola salınması məsləhətdir.
 
futbolinfo.az



Xəbərin oxunma sayı : 118




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap