Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İslam Oyunlarının xanım qalibinə sanksiya tətbiq edildi – Dopinqdən istifadəyə görə

Tarix 11.02.18, 0:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

“Report” Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, bu, həndbolçu Səbinə Nuriyevadır. Azərbaycan millisinin və “Azəryol” klubunun qapıçısı 48 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il oktyabrın 23-dən qüvvəyə minib.

33 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.

Qeyd edək ki, Səbinə Nuriyeva “Bakı 2017″ IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın daha 4 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.




Xəbərin oxunma sayı : 220




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap