Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İsmayıllı rayon İcra Hakimiyyəti dövlətin pullarını riskə atır? - Açıqlama

Tarix 18.12.18, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin sentyabr ayında dövlət başçısı İlham Əliyev cənablarının İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılıb. 
 
Məlumata görə İsmayıllı rayon İcra Hakimiyyəti İvanovka kənd Mədəniyyət Sarayı binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması işlərini "TFM-SMART PROJECT" MMC adlı şirkətə tapşırıb. 
 
Bu şirkət isə bir müddət öncə Bakı şəhərində apardığı digər tikinti işləri ilə gündəmə gəlmişdi.
 
Şirkətin məşğul olduğu proyektlərlə buradan tanış ola bilərsiz: 
 
(http://xezerxeber.az/Web%20TV/207980.html
 
http://arqument.az/az/prezident-xeberdarlq-etdi-bir-binann-tikintisi-dayandrld/#.XBimnVUzbIU
 https://news.milli.az/society/656772.html 
https://virtualaz.org/cemiyyet/120355)
 
Ancaq sonradan məlum oldu ki, şirkət ərazidə aparılan binanın layihə işlərini həyata keçirib. 
  
Şirkətin mühəndisi o zaman mediaya açıqlama verərək eskiz layihə hazırlanarkən qanunla nəzərdə tutulmuş bütün normativlər nəzərə alındığını desə də, layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırıldı. 
 
Buna səbəb isə binalar arasındakı tikintiyə görə sənədləşmə işləri yarımçıq aparılması, tikintinin aparılması məqsədilə hazırlanmış ərazi planlaşdırılması sənədlərinin Azərbaycan Respublikasının müvafiq şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun gəlməməsi göstərilirdi. 
 
Qeyd edək ki, İsmayıllı rayon İcra Hakimiyyəti İvanovka kənd Mədəniyyət Sarayı binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması üçün şirkətə 15000 (on beş min) manata yaxın vəsait ödəyib.
 
Layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılan şirkətə 2.5 milyon manatlıq smetası olan dövlət əhəmiyyətli binanın əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinin tapşırılması ilə əlaqədar İsmayıllı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
 
İsmayıllı rayon İcra Hakimiyyətindən Qlobal.az-a verilən açıqlamada İvanovka kənd Mədəniyyət Sarayının təmiri ilə bağlı layihənin hazırlanması üçün Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender keçirildiyi, tenderin qalibinin isə "TFM-SMART PROJECT" MMC olduğu bildirildi.
 
Həmçinin İsmayıllı rayon İcra Hakimiyyəti bütün proseslərin qanuna uyğun aparıldığını qeyd etdi.

Mənbə: Qlobal.az



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap