Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İsmayıllıda arvadını yad kişi ilə tutan şəxsin cinayət işindən – Yeni xəbər

Tarix 25.02.19, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllı rayonunda arvadını öldürməkdə təqsirli bilinən Elçin Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Şəki Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası martın 6-na təyin olunub.

Qeyd edək ki, cinayət işi araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.

İttihama görə, ötən il iyulun 2-dən 3-nə keçən gecə Ağdaş rayonunda anadan olmuş və İsmayıllının Kürdmaşı kənində yaşayan Ceyhunə Səfərova qətlə yetirilib.

Qadın odlu silahdan açılan atəş nəticəsində ölüb. Qətllə bağlı şübhəli qismində Ceyhunə Səfərovanın həyat yoldaşı Elçin Cəfərov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, kişi işləmək üçün getdiyi Türkiyədən yenicə qayıdıbmış.

İstintaq zamanı Elçin Cəfərov bildirib ki, arvadını qısqanclıq zəminində və namus üstündə öldürüb.

O, bildirib ki, arvadının başqa kişi ilə görüşə getdiyini öz gözləri ilə görüb. Ov tüfəngi ilə silahlanaraq birbaşa sevgililərin yanına gedib.

Elçin Cəfərov arvadını sevgilisi ilə birlikdə olarkən tutub. O, arvadının görüşdüyü kişini təqib etsə də, ikinci qaça bilib, qadını isə hadisə yerindəcə güllələyib.

İstintaq orqanı tərəfindən Elçin Cəfərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.





Xəbərin oxunma sayı : 940




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap