Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İsmayıllıda əhalinin sıx yaşadığı yerdə qazdoldurma məntəqəsi açılıb - FHN isə susur

Tarix 15.07.19, 0:52

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftə İsmayıllı rayon İcra hakimiyyətinin başçısının müavini Sevil Əhmədovaya məxsus olan qaz doldurma məntəqəsinin yaxınlıqdakı yaşayış evlərinə və ticarət obyektlərinə təhlükə yaratması barədə dövlət başçısına müraciət ünvanlanmışdı. 
 
Bir surəti də Qlobal.az-a göndərilən şikayət məktubunda yazılır: 

"Ərazidə yaşayan sakinlərin və ticarət obyektində işləyən sahibkarların həyat və sağlamlıqları ciddi təhlükə qarşındadır. Ətrafa sızan qaz insanlarda ciddi xəstəliklər yaradır. Həmçinin hər an baş verə biləcək partlayış kütləvi insan tələfatına gətirib çıxaracaq.

Həmin maye qaz doldurma məntəqəsi İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsusdur. Orada rəhbərliyi Sevil xanımın həyat yoldaşı Nizami edir. Maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə görə həmin ərazidə artıq bir neçə sakin evlərinin qapısını bağlayıb oradan köçüblər. 

Mən Nizami küçəsi ərazisində 600 kv-m sahəsi olan obyekt inşa etdirib, orada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Ancaq rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsus maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə və ətrafa yaydığı zəhərli qaza görə fəaliyyətimizi dayandırmaq məcburiyyətində qalmışıq.

Burada yaşayan sakinlər və fəaliyyət göstərən sahibkarlar müvafiq orqanlara şikayət ərizəsi ilə müraciətlər ediblər. Ancaq Sevil Əhmədova vəzifədə olduğu üçün qanunlara güc gələ bilir. Qeyd edim ki, həmin maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi üçün qərar verilib, onlara yer ayrılıb. Ancaq Sevil Əhmədova çıxarılan qərara əməl etmək istəmir". 
 
Məktububun sonunda dövlət başçısından İsmayıllı şəhəri Nizami küçəsi ərazisində fəaliyyət göstərən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi xahiş edilirdi.
 
Qlobal.Az məsələ lə bağlı Fövqaladə Hallar Nazirliyinə müraciət edib. Lakin nazirlik hələ də müraciətimizi cavablandırmayıb. 
 
Qeyd edək ki, qanunvericiliyə və eləcə də standartlara görə qaz kimi yanacaqlarla təmin edən yanacaqdoldurma məntəqələri insanların daha çox istifadə etdiyi obyekt olmaqla "A" kateqoriyasına, yəni ən təhlükəli obyektlər siyahısına daxildir. 
 
Yeraltı maye yanacaq saxlama çənləri olan yanacaqdoldurma məntəqələri məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə olmalıdır.
 
Onu da qeyd edək ki, ölkə qanunvericiliyinə görə yanacaqdoldurma məntəqələrinin qoruqların, təbii parkların, nəbatat bağlarının, dendroloji parkların və  su  qoruyucu zonaların ərazilərində, meşə torpaqları daxil olmaqla şəhərlərin yaşıllıq zonaları ərazisində, hidrometeoroloji stansiyaların mühafizə zolaqlarında, su təchizatı mənbələri və su kəməri qurğuları sahələrinin 1-ci sanitar mühafizə zolaqlarında, kurortların 1-ci sanitar mühafizə zolaqlarında, tarixi və mədəni abidələrin mühafizə zolaqlarında, sürüşmə, qruntların çökmə, sel axını və qar uçqunu zonalarında yerləşdirilməsi qadağandır.  

Ancaq İsmayıllı rayonunda başçı müavininə aid olduğu deyilən, insanların daimi yaşayış yerlərinin və digər iaşə obyektlərinin 10 addımlığında yerləşən qaz doldurma məntəqəsi fotolardan da görünür ki, yuxarıda yazılan normativlərin heç birinə cavab vermir. 
 
Mövzunu diqqətdə saxlayacağıq.

İcra hakimiyyətinin başçısının müavini Sevil Əhmədovaya məxsus olan qaz doldurma məntəqəsi ile ilgili görsel sonucu
İcra hakimiyyətinin başçısının müavini Sevil Əhmədovaya məxsus olan qaz doldurma məntəqəsi ile ilgili görsel sonucu








Xəbərin oxunma sayı : 469




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap