Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İsmayıllıda güclü külək və sel: turist avtobusu su altında qaldı

Tarix 10.07.19, 10:42

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllı rayonunda güclü külək və leysan nəticəsində yaranan sel suları evlərə, meyvə ağaclarına, elektrik naqillərinə ziyan vurub.

AzFakt.com APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saat 21:00 radələrində İsmayıllı rayonunda güclü küləklə müşayiət olunan leysan yağışı yağıb. Güclü külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub, İsmayıllıda məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini, 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbət oğluna məxsus fərdi yaşayış evinin dam örtüyünü tamamilə qoparıb, yağış suları evdəki əşyalara ziyan vurub. Hazırda ailə üzvləri evsiz qalıblar.
 
Gəncədən Lahıc qəsəbəsinə turistləri gətirən avtobus "Cənnət bağı" istirahət mərkəzinin qarşısında dayanıb və yağışdan sonra qəflətən dağdan gələn sel sularına qərq olub. Avtobusu su və lil basdığı üçün onu ərazidən çıxarmaq mümkün olmayıb. Turistlər Gəncəyə başqa avtobusla yola salınıb. Hazırda avtobusun sel basan ərazidən çıxarılması üçün tədbirlər görülür.

Bundan əlavə güclü külək nəticəsində rayonda elektrik naqilləri qırılıb, rayon mərkəzinə və kəndlərə elektrik verilişi dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib.











Xəbərin oxunma sayı : 223




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap