İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram” “Pişiyimin dərisini soyub saxlayıram” - Elza Lalə Azərtaş 5 ildən sonra efirə qayıtdı
Axtar
 
  • / Maqazin / — 22 Yanvar 2018

    İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto

  • / Maqazin / — 19 Yanvar 2018

    “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram”

  • / Maqazin / — 18 Yanvar 2018

    “Pişiyimin dərisini soyub saxlayıram” - Elza

  • / Maqazin / — 16 Yanvar 2018

    Lalə Azərtaş 5 ildən sonra efirə qayıtdı

  • / Maqazin / — 15 Yanvar 2018

    Fədayə Laçının həbs müddəti uzadıldı

  • / Maqazin / — 14 Yanvar 2018

    Ajda Pekkan Azərbaycan mahnısına belə rəqs etdi - Video

İsmayıllıda terror hazırlayan şəxs məhv edildi – DTX əməliyyat keçirdi

Tarix 28.08.17, 11:13

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı ölkə hüdudlarından kənarda silahlı münaqişələr, terror aktları törədən dini ekstremist, terror təşkilatına qoşulub həmin təşkilatdan maliyyə vəsaitləri qəbul etmiş Azərbaycan vətəndaşı Cavadov Yaşar Oktay oğlunun odlu silah və partlayıcı maddələr əldə etməsi, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlıq hərəkətləri müəyyən edilib.

DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, faktla bağlı DTX-da başlanılmış cinayət işi üzrə 2017-ci il avqustun 27-də İsmayıllı şəhəri ərazisində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Yaşar Cavadov saxlanılmasına silahlı müqavimət göstərərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açıb, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

Axtarışlar zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.








Xəbərin oxunma sayı : 613

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda