Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İsmayıllının Çəmənli kəndinin yolu bərbad vəziyyətə düşdü - FOTO

Tarix 09.12.22, 23:31

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllı rayonunun Çəmənli kəndinin yolu bərbad vəziyyətə düşüb.

Bu barədə “Report”a kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, yaşayış məntəqəsinin yoluna bu günədək asfalt örtüyü salınmayıb.

Kənd yolundakı su, palçığa görə, məktəblilər dərsə, valideynlər isə işə gedib-gəlməkdə çətinlik çəkirlər. Bundan əlavə, rayon mərkəzinə gediş-gəliş əsl problemə çevrilib.

Qeyd edək ki, bu yol rayon mərkəzindən 25 kilometr aralıda yerləşir. Yolun 21 kilometrlik hissəsi İsmayıllı-Qəbələ yolu, 4 kilometrlik hissəsi isə kənd yoludur.

Sakinlər deyir ki, hər dəfə rayon mərkəzinə gedəndə özləri ilə əlavə ayaqqabı və paltar götürməyə məcbur olurlar:

“Çünki evdən çıxıb rayona çatana qədər adamın üst-başı palçıqlı olur. Uşaqlar isə məktəbə hər gün evə palçığın içində gedib-gəlirlər və hər gün onların üst geyimləri yuyulmalı olur”.

Eyni zamanda, sürücülər də bu yolda avtomobil idarə etməyin çox çətin olduğunu bildiriblər. Onların sözlərinə görə, yolun yararsız vəziyyəti avtomobillərin tez-tez sıradan çıxmasına və buna görə də əlavə xərcə düşmələrinə səbəb olur.

Çəmənli sakinləri dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, bu günə qədər yolda heç bir əməli iş görülməyib.

Məsələ ilə bağlı Çəmənli kəndinin daxil olduğu Qalacıq kənd bələdiyyəsindən bildirilib ki, həmin kənddən vergi pulu yığa bilmədiklərinə və büdcədə lazımi vəsait olmadığına görə yola çınqıl-daş tökə bilmirlər.

Həmçinin qeyd edilib ki, sonuncu dəfə bu yolun 2-3 kmilometrlik hissəsinə 2018-ci ildə bələdiyyə hesabına çınqıl-daş döşənib.





Xəbərin oxunma sayı : 655




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap