Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“SMS icazə bərpa edilməlidir, başqa yol yoxdur” - AÇIQLAMA

Tarix 06.03.21, 20:56

Font ölçüsü : - / +
bitmap-img6


Əgər yoluxma sayında yenidən artım olarsa, yeganə yol sərt karantin tədbirlərinə gedilməsi və SMS icazə sisteminin bərpa olunmasıdır.

AzFakt.com xəbər verir ki, bunu həkim-infeksionist Vüqar Cavadzadə deyib.

İnfeksionist qeyd edib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür: "Sadəcə olaraq insanlarda bir qədər arxayınlıq yaranıb. Bəzi insanlar demək olar ki, koronanın varlığını yaddan çıxarıb. Son günlərin statistikasında artım dinamikası müşahidə olunur. Bu da karantin tədbirlərinin nisbətən yumşalması ilə bağlıdır.
 
Bir sıra məktəblər, o cümlədən ictimai iaşə obyektləri mərhələli formada açılmaya getdi. Təbii olaraq mərhələli bərpa prosesi ictimai nəqliyyatda sıxlığın yaranmasına səbəb olur. Bu da yoluxma statistikasında artıma gətirib çıxarır. Son dövrlər yoluxma sayı 100-dən aşağı düşmüşdüsə, hazırda gündəlik 300-350 nəfərdə yoluxma qeydə alınır”.

Ekspert qarşıdan gələn Novruz bayramı ərəfəsində yoluxma sayında artımın olacağını istisna etmir:

"Bayram ərəfəsində insanların qonaq getmək kimi bir ənənəsi var. Bu zaman insanlar bir-biri ilə daha çox ünsiyyətdə olacaq. Bu da yoluxmaların artmasına təsir edəcək”.

Vüqar Cavadzadə hazırda ölkədəki epidemioloji vəziyyəti stabil qiymətləndirib:

"Düşünmürəm ki, hazırda sərt karantinə gediləcək. Çünki bu gün epidemik proses nəzarət altındadır. Amma yoluxma sayı artarsa, sərt karantindən başqa alternativ yolumuz qalmır.

Ölkəmizdə 3 dəfə sərt karantinə gedilib. Ən çox yoluxma payız aylarında qeydə alınmışdı. Gündəlik 4000-4500 nəfərin testinin nəticəsi pozitiv çıxırdı. Sərt karantin tədbirləri tətbiq olunandan sonra yoluxma sayında azalma qeydə alındı. Əgər yoluxma sayında yenidən artım olarsa, yeganə yol sərt karantin tədbirlərinə gedilməsi və SMS icazə sisteminin bərpa olunmasıdır. İnsanlar bir qədər ehtiyatla davranmalıdır ki, bayramdan sonrakı dövrdə sərt karantin rejimində yaşamayaq”. /Teleqraf



Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap