Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“SOCAR-ı da Beynəlxalq Bankın taleyi gözləyir”

Tarix 26.05.17, 23:30

Font ölçüsü : - / +
bitmap-img6


ABB-nin taleyi bütün dünyanın bir nömrəli məsələsinə çevrilib. Qazaxıstandan tutmuş Amerikaya qədər bir çox ölkələrdəki iqtisadi qurumlar, media orqanları bankın restruksiya qərarını ciddi müzakirə edirlər

Dünya bizim problemimizi müzakirə masasına yatırdığı bir zamanda Azərbaycan ekspertlərinin bu dartışmalardan kənarda qalması mümkün deyil. Bəs, görəsən bizim iqtisadçı ekspertlər nə düşünür.

Ovqat.com xəbər verir ki, ADR Hərəkatının sədri Qubad İbadoğlu  ABB ətrafında baş verənləri Abbas Səhətin “Ayı və Şir” təmsiliylə müqayisə edib. O, özünün facebook səhifəsində yazıb:


“Əhsən, belə hakimiyyətə!”

 

“Osloda olanda Qazaxıstan hökümətinin nümayəndəsi yaxınlaşıb Azərbaycan Beynəlxalq Bankının sonu ilə maraqlandı. Dedim sonu özəlləşdirmədir. Soruşdu ki, bəs bizim 250 milyon dolların axırı necə olacaq. Cavab verdim ki, yəqin qaytararlar, narahat olma, cavabımdan narazı qaldı. Fikirləşdim ki, özümüzün on milyardlarla pulumuzu dağıtmaqları az deyil, hələ özgələrin də milyardlarının axırına çıxıb, indi də qaytarmaq istəməyib, hələ bizi də suallar qarşısında qoyurlar. Əhsən, belə hakimiyyətə!

İnternet vasitəsilə dünyada 10 ən böyük bank oğurluğunda yoxa çıxan pullar barədə informasiyalara baxdım, hesablama apardım, bəlli oldu ki, onların bütünlüklə oğurladıqları ABB-dən yoxa çıxanların heç dördə birinə belə çatmır. Amma burda bir məqama diqqətinizi çəkmək istərdim. İlk onluqda yer alan bank oğruları peşəkar, ağıllı və hiyləgər adamlar olub, bu məqsədlə plan qurulub, proqram yazılıb, biz də isə oğurluq edənlər onu nəinki plan və proqramla ediblər, heç milyardları oğurlamaq üçün ağıl belə işlətməyiblər. Sadəcə:

"Əlbir olub bir ayı bir şir ilə,

Ovladılar dovşanı tədbir ilə.

Olmadılar razı onu bölməyə,

Çıxdı iş axır ölüb-öldürməyə".

Bizdə baş verənlərin ən düzgün izahını obrazlı olaraq Abbas Səhhətin təmsili ilə daha yaxşı təqdim etmək olur.

“Sonda ABB-nin borcları büdcədən ödəniləcək”

Fikrimcə, xaricilər ən əlverişli şərtlərlə pullarını geri almayınca Azərbaycan hakimiyyətindən əl çəkən deyillər. Heç bir xarici pulunu Azərbaycan hakimiyyətinə bağışlamaz, yalnız yerli vergi ödəyicilərindən başqa, görsənən odur ki, yenə də sonda bu borclar büdcədən ödəniləcək”.

“Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl da bu məsələyə laqeyd qalmayan mütəxəssislərdəndir. Ekspert “Amarikanın Səsi” radiostansiyasına verdiyi müsahibəsində ABB-nin müflisləşmə səbəblərindən danışıb. O, başlıca səbəbi bankın çirkli pulları yumaq məqsədilə Rusiya, BƏƏ kimi ölkələrdə faktiki mövcud olmayan və ya gəlir səviyyəsi aşağı olan layihələrə investisiya yatırmasında görür.



2016-cı ili hesabatına görə, ABB-nin xarici kreditorlara $3.3 milyarddan çox borcu olmasını neft qiymətinin aşağı düşməsi və neft gəlirlərinin azalması ilə əlaqələndirməyin əleyhinə olan Zöhrab İsmayıl bu borcun yaranmasını birbaşa olaraq yüksək səviyyəli korrupsiya halları ilə əlaqələndirir.

Korrupsiyada sadəcə bankın rəhbərləri deyil, oliqarxlar və hökümətin yuxarı eşelonunda oturan vəzifəlilər də iştirak ediblər.

ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədovun restrukturizasiya prosesinin dünyada bankların sağlamlaşdırılması üsullardan biri olması fikrinə münasibət bildirən Zöhrab İsmayıl qeyd edib ki, dövlət bankın borcunu ödəsə də, ödəməsə də ABB bundan sonra əvvəlki imicini qaytara bilməyəcək.

“ABB öz etibarını itirdiyi üçün yazın müddətdə istər daxili, istərsə də xarici müştərilər bankdan öz depozitlərini çıxarmağa başlayacaq. Analoji hadisəni biz 90-cı illərin əvvəlində Kapital bankın timsalında da gördük. Baxmayaraq ki, tamamilə fərqli adamlar o bankı nəzarətə götürdü, amma insanlar həmin dövrdən bu yana artıq banka etibar etmirlər. Beynəlxalq Bankın da bundan sonra əvvəlkini imicini bərpa edə bilməsi mümkünsüz görünür.”

“Azərbaycanın xarici ölkələrdəki aktivlərinə həbs qoyula bilər”

Dövlətin restruksiya qərarını məsuliyyətsiz qərar hesab edən iqtisadçı ekspert qeyd edib ki, bankın borcunu öz üzərinə götürmək əvəzinə iflas olduğunu ictimaiyyətə açıqlayıb, əldə olan aktivlərin satılması hesabına borcu qaytarmaq lazım idi. Bundan sonra əlavə borc qalacaqdısa onu dövlət öz üzərinə götürməli idi. İndiki halda isə $1 milyard dollar Neft Fondunu aktivləri daxil olmaqla $3.3 milyard dollar xarici valyutanın ölkədən çıxması lazım gəlir. Bu qədər zərərin qarşılığında Azərbaycan dövlətinin nə qazanacağı bəlli deyil."

Borcun qaytarılma prosesinə aydınlıq gətirən “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl, neftin qiymətinin və ya ümumi iqtisadi vəziyyətin nə olmasından asılı olmayaraq, borcu ödəməli olduğunu bildirib. Əks halda Azərbaycanın xarici ölkələrdəki aktivlərinə həbs qoyulma təhlükəsi ilə üzləşiləcək.



""Cənub Qaz Dəhlizi"nə bağlanan ümid yersizdir"

Azərbaycan hökumətinin hazırda ümidlərini dikdiyi Cənub Qaz Dəhlizi layihəsinə də münasibət bildirən iqtisadçı ekspert bu layihədə Azərbaycanın payının hökümətin şişirtdiyi qədər böyük bir layihə olmadığına, il ərzində ümumi qaz təchizatının sadəcə 2-3 faizə qədərini Azərbaycanın təmin edəcəyini bildirib.

“Üstəlik Azərbaycanın bu layihədəki payı üçün lazım olan vəsaitin təmin olunub-olunmayacağı sual altındadır. Bu da təxminən $5 milyard dollar pul deməkdir. Bu günə qədər Azərbaycan pulun toplanması üçün müxtəlif kreditlərə və Avrobondlara baş vurub, amma hələ də tam məbləği toplaya bilməyib.”

Zöhrab İsmayıl SOCAR-ın da maliyyə baxımından hazırda ABB-nın vəziyyətində olduğunu, lakin mütəmadi gəlirin olmasına görə hələlik iflas olmaqdan xilas ola bildiyini vurğulayıb.

“Yüksək səviyyədə korrupsiyanın olduğu bu şirkətin də borcları var və artmaqda da davam edir. Gələcəkdə SOCAR-ı da Beynəlxalq bankın taleyi gözləyir.”








 



Xəbərin oxunma sayı : 961




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap