Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“SOCAR “Petkim”lə “Star”ı birləşdirmək niyyətindədir“ – Anar Məmmədov

Tarix 08.02.21, 23:08

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə il ərzində Türkiyədəki “Petkim” neft-kimya kompleksi (əsas payı SOCAR-a məxsusdur – red.) ilə “Star Rafineri” neft emalı zavodu (NEZ) tam birləşə bilər.

“Bloomberg”in verdiyi məlumata görə, bu barədə “SOCAR-Türkiyə Emal və Neft-Kimya İş Birliyi”nin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, iki müəssisə arasında istehsalat tərəfindən inteqrasiya artıq əldə edilib, buna baxmayaraq, hüquqi olaraq onlar iki ayrı şirkətdirlər: “Lakin bizim son hədəfimiz “Petkim”lə “Star”ı birləşdirməkdir”.

Məmmədov qeyd edib ki, bu birləşmənin müxtəlif üstünlükləri ola bilər (vergi və sair). “Petkim” və “Star”ın bir şirkətə birləşdirilməsi asan proses deyil və 2-3 il vaxt tələb edə bilər.

SOCAR tərəfindən 2008-ci ildə səhmlərinin 51%-i alınan “Petkim” neft-kimya kompleksi Türkiyədə ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodudur. Türkiyə neft-kimya bazarının ən etibarlı tədarükçüsü olan “Petkim”in 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edilir.

Xatırladaq ki, SOCAR-ın “Star” zavodunun illik emal gücü 10 mln. tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında “Star” NEZ-lə yanaşı, SOCAR-ın “Petkim” neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir. (apa)



Xəbərin oxunma sayı : 904




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap