Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

“Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib“ - Məleykə Abbaszadə

Tarix 10.04.26, 11:34

Font ölçüsü : - / +
bitmap-img6


Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransında deyib.

Onun sözlərinə görə, bu, sadəcə statistika deyil, bütöv bir nəslin təhsil və həyat trayektoriyasıdır:

"DİM artıq universitetə qəbul olmaq üçün seçim mexanizmi olmaqdan çıxıb, ədalət infrastrukturunun mühüm elementinə çevrilib. Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Dünyanın ən "ekoloji-təmiz" enerjisi olan insan intellekti ilə işləyən sosial liftin fəaliyyətinə zəmin yaradırıq. Elə mexanizmlər yaratmışıq ki, hər kəs əmin ola bilər ki, onun uğuru öz istedadından, biliyindən və yaradıcı əməyindən asılıdır".

M.Abbaszadə vurğulayıb ki, DİM etibarın yoxlanıla bilən prosedurlara əsaslandığı intellektual infrastruktur qurub:

"Yanaşmamız qlobal dünyada beynəlxalq qiymətləndirmə standartları ilə inteqrasiya sayəsində qəbul edilmiş bir modelə çevrilib. Hər il 15 milyondan çox elektron xidmət göstərərək, rəqəmsal idarəetmə prinsiplərini gündəlik həyata tətbiq edirik".



Xəbərin oxunma sayı : 1081




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap