“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Sosial şəbəkədəki görüntü ciddi şəkildə araşdırılıb” - Məzahir Pənahov

Tarix 11.01.20, 20:10

Font ölçüsü : - / +
bitmap-img6


“Biz ötən ilin dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı görüntülərə Mərkəzi Seçki Komissiyasının üzvləri ilə birlikdə 2-3 dəfə baxmışıq”.

“Report” xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənazov deyib ki, həmin görüntülər ciddi araşdırılıb: “Əgər ciddi məqamlar aşkarlanıbsa, bu, MSK tərəfindən nəzərə alınıb. Bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarda da bu, əksini tapacaq”.

MSK sədri qeyd edib ki, bəzi insanlar diqqəti daha çox sosial şəbəkələrlə tərəfdar yığmağa yönəldib: “Ümumi xarakterli narazılıq əvəzinə konkret hansı məntəqədə hansı pozuntuların olması barədə faktlar təqdim olunmalıdır. Konkret pozuntulardan danışılmalıdır. Bu, şikayət etmək üçün adi tələblərdir. Səsvermə günü səsvermə məntəqələrində olan insanlar pozuntuları müşahidə edə bilərlər. Seçki Məcəlləsinin tələbinə əsasən, pozuntu varsa, müşahidə edilməli və yuxarı seçki komissiyalarına müraciət edilməlidir. Gələcəkdə daxil olan müraciətlərdə bu məlumatlar əksini tapmalıdır. Pozuntuların kim tərəfindən müşahidə edilərək təqdim edilməsi açıqlanmalıdır, bu, qanunvericiliyin tələbidir. Yoxsa istənilən bir şəxsin bütün məntəqələrə getməsi və səsvermədə pozuntulara yol verildiyini iddia etməsi normal hal deyil”.



Xəbərin oxunma sayı : 427




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap