Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı təxribat xarakterli yazılar dərc edənlərə qarşı ciddi addımlar atırıq”- PA rəsmisi

Tarix 21.07.18, 18:16

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı təxribat xarakterli yazılar dərc edənlərə qarşı ciddi addımlar atırıq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Bakıda keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı deyib.

B.Həsənov bildirib ki, bu gün internet mediası yenilənir və informasiya mübadiləsi olduqca sadələşir. Artıq dünyanın ən aparıcı qəzetləri də sosial şəbəkələr üzərindən fəaliyyət göstərirlər:

“Biz də sosial şəbəkələrdən Azərbaycanın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün istifadə edirik. Lakin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı təxribat xarakterli yazılar dərc edən səhifələr də var. Biz buna qarşı mümkün qədər ciddi addımlar atırıq, diaspor fəaliyyətinin fəaliyyətini gücləndirmişik. Ermənistan və Azərbaycan arasında uzun illərdir davam edən proseslərin fərqli aspektlərdən təsvir edilməsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması da bu mübarizəyə aiddir. Bu proseslərin əsl mahiyyəti həm Türkiyə, həm də Azərbaycan mediasında öz əksini tapır. Ümid edirəm ki, iki qardaş ölkə arasındakı münasibətlər media üzərindən də güclənəcək. Bunu həm Azərbaycan Prezidenti, həm də Türkiyə Prezidenti daim öz çıxışlarında qeyd edirlər”.

Administrasiya rəsmisi vurğulayıb ki, Gəncə hadisələri zamanı Türkiyə mediasının yanlış məlumat deyil, məsələni bütün aspektlərdən araşdıraraq yayımlaması onların bizə olan dəstəyidir: “Təbii ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd və Azərbaycanda Gəncə hadisələri ölkələrin sabitliyinin pozulmasına yönəldiyi üçün bu çətin vaxtlarda iki ölkənin bir-birinə dəstəyi çox mühüm idi”.



Xəbərin oxunma sayı : 592




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap