Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Sovetski” sakinlərinin kompensasiya dərdi - mənzillər bahalaşıb, təzminat məbləği isə dəyişməyib

Tarix 13.03.19, 11:24

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında “Sovetski” kimi tanınan ərazi ilə bağlı xüsusi planların hazırlandığını bildirib. Lakin başçı planların nədən ibarət olduğunu açıqlamayıb. Sadəcə olaraq, vurğulayıb ki, hazırda mütəxəssislər işləyir, maraqlı təkliflər hazırlanır, yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

“Sovetski”də illərdir ki, söküntü işləri gedir. Ancaq hələ də son mərhələyə çatmaq mümkün olmayıb. “Yeni Müsavat”ın reportyor qrupu olaraq ərazidə olduğumuz zaman müşahidə etdik ki, hazırda da tikintidən çox, söküntü işi aparılır. Sakinlərin də dərdi və istəyi dəyişməz olaraq qalır-kompensasiyanın miqdarı məsələsi...

Məlumat verək ki, “Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Həmin ərəfədə bir neçə sakin etiraz etsə də sonda onlar da verilən 1500 manat kompensasiya ilə razılaşıb, evlərini tərk ediblər. Hazırda həmin sakinlər Bakının müxtəlif yerlərində məskunlaşıblar. Həmin köhnə evlərin yerində isə park salınır. Parkda qızğın iş gedir və bildirilir ki, ilin sonuna qədər ərazidə plana uyğun, insanların rahat şəkildə asudə vaxtlarını keçirə biləcəkləri park hazır olacaq.

2018-ci ildə “Sovetski”də söküntünün ikinci dalğası başlayıb. Ümumilikdə isə məlumata görə, bu günə kimi 26 hektardan çox sahəni əhatə edən ərazidə 5 mindən çox yaşayış və qeyri-yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb. 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. Sökülən evlərə görə sakinlərə hər kvadrata 1500 manat olmaqla kompensasiya ödənilib.

Hazırda “Sovetski” ərazisi hündür binaların əhatəsində qalıb. Ortada qalan evlərin isə prosesin 4-cü mərhələsində sökülməsi planlaşdırılır. 4-cü mərhələnin nə zaman başlayacağı isə məlum deyil. Sakinlərin əksəriyyəti bildirir ki, dövlət kompensasiya məsələsinə yenidən baxmalıdır. Onlardan öyrəndik ki, köçürülmənin üçüncü mərhələsində də narazı sakinlər olub. Belə ki, sakinlərin sözlərinə görə, kompensasiya ödənilən zaman evin artırılmış hissəsinə heç bir məbləğ ödənilməyib. Sakin Kərim Qəmbərov söylədi ki, əsas məsələ odur ki, hazırda manat dəyərdən düşüb, şəhərdə isə evlər bahadır: “Bizim evlərin hamısı təmirli evlərdir. Əvvəl sökülənlərin çoxu yaxşı vəziyyətdə deyildi. İndi bizə kompensasiya veriləndə evin vəziyyəti də nəzərə alınarsa, yaxşı olar. Bundan əlavə, şəhərdəki mənzillərin qiyməti bəllidir. Heç bir güzəşt də edilmir. Camaata 1500 manat veriləndə 1 dollar 78 qəpik idi, bazarda məhsullar ucuz idi. İndi necə olur ki, bütün hər şey bahalaşır, kompensasiya isə yerində qalır. Ya köçürməsinlər, ya da normal pul versinlər ki, biz də özümüzə ev ala bilək”.

Söhbət etdiyimiz sakinlərim əksəriyyəti isə bildirdi ki, köçmək istəyirlər. Söylədilər ki, ərazidə təmir işləri aparıldığı üçün tez-tez kommunal xidmətlərin verilişində fasilə olur, yayda tozdan, səsdən dincələ bilmirlər ona görə də nə qədər tez köçürülsələr, o qədər yaxşı olacağını bildirdilər. Hazırda köçürülməyən ərazi demək olar ki, söküntüdən sonra qalan xarabalığın əhatəsindədir. Ona görə də insanlar ən çox tozdan əziyyət çəkirlər.

Onu da qeyd edək ki, Nazirlər Kabineti millət vəkillərinin qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş “Sovetski” deyilən ərazidə və onun ətrafında yerləşən sökülən evlərin kompensasiyasının məbləğini manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa, hər kvadratmetrə görə 2 min manata çatdırmaq, yaxud onların sahiblərinə pul əvəzinə yeni tikilən binalarda hazır mənzillər vermək təklifinə cavab verib. ONA agentliyinin yaydığı məlumatda qeyd edilir ki, Nazirlər Kabinetinin 2018-ci il fəaliyyəti haqqında hesabatda bildirilib ki, Bakı şəhərinin Yasamal rayonu - Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 800 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınır.

“Müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən, əlavələr də nəzərə alınmaqla mənzilin əsas və köməkçi sahələrinin hər kvadratmetri üçün son hədd 1500 manat, digər sahələr üzrə isə bir kvadratmetr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300-1200 manat arasında qiymət təklif edilir. Satınalma ”Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna uyğun həyata keçirilir", - hesabatda qeyd olunub.

Bu məlumata istinadən söyləmək olar ki, “Sovetski” sakinlərinin kompensasiya arzuları ürəklərində qalacaq... 



Xəbərin oxunma sayı : 349




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap