Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Sportinq“ə məğlubiyyət yaddan çıxmayıb“ - Qurban Qurbanov

Tarix 03.12.18, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


“Əvvəlcə komandamı təbrik edirəm. Vacib qələbə idi. Bəzən elə oyun olur ki, sadə qol buraxırsan. Bu gün 5 qol vurmaq hər bir komandaya, futbolçuya vacib idi. Bizim üçün önəmli olan 3 xal idi. İlk dəqiqələrdən gördük ki, asan rəqib deyil. Tərlan Əhmədovun gəlişindən sonra yaxşılığa doğru çox dəyişiklik olub”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 13-cü turunda “Keşlə”yə 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Fasildən sonra qolların ard-arda gəlməsi nə ilə bağlıdır?

- İlk hissədə də Ozobiçlə 2 qol epizodumuz oldu. Bəzən qol imkanlarından çətin yararlanırsan. Bəzən isə bugünkü kimi alınır. Oyuna eyni aqressiya ilə başlamışdıq. İkinci hissədə fərqli bir şey yox idi. Sadəcə, bu dəfə şanslardan yararlana bildik.

- “Sportinq”lə matçda “topa tutulmağımız”ı bu gün əvəz çıxmaq kimi saymaq olarmı?

- Belə düşünmürəm. Fərqli turnirlərdir və bunlara fərqli yanaşıram. Bizim üçün nəticə önəmlidir. “Sportinq”lə görüş bizim üçün ağır məğlubiyyət idi. Nə qədər istəsək də, bu məğlubiyyət yaddan çıxmayıb. Bu gün isə qələbə qazanmaq üçün meydana çıxmışdıq.

- “Sportinq”dən 6 qol buraxıb, “Keşlə”yə 5 qol vurmaq iki ölkə çempionatı arasındakı uçurumdan xəbər verir?

- Uçurum deməzdim, fərq böyükdür. “Sportinq” avrokubok təcrübəsi olan komandadır. Fərqləndirmək istəməzdim. Çox fərq olduğunu demək istəməzdim. Həm Portuqaliya çempionatı bizim liqadan, həm də “Sportinq” bizdən güclüdür. Daha çətin komandalar olub ki, onlara qarşı yaxşı mübarizə aparmışıq. Bəzən bəxtimiz də gətirib. Amma “Sportinq”lə görüşdə qapıya gələn hər top qolla nəticələndi.

- Oyunun bu günə keçilməsi sizin püşkatmaya getməyinizlə bağlı idi, yoxsa yorğunluqla?

- Sırf püşkatma ilə bağlı idi. Zəng vurub Zaur Axundovdan xahiş elədim ki, Tərlanla məsləhətsin. Həmən də razılaşdılar. Sağ olsunlar, onlara təşəkkür edirəm.

- Püşkatmada assosiasiya rəhbərliyi də iştirak edib. Son durum orda müzakirə olundumu?

- Avropa çempionatının ev sahiblərindən biriyik. Ümumi söhbətimiz oldu, problemləri müzakirə etdik. Onsuz da futboldan danışmalıyıq da.

- Avropa çempionatında minimum hədəf neçə xal toplamaq olacaq? Bu turnirdə Millətlər Liqası üçün heyət qurmaq fikriniz olacaqmı?

- Bu gün səhər gəlmişəm. Bizə tanış komandalar olsa da, futbol günü-gündən inkişaf edir. Biz onlarla daha yaxından maraqlanmalı, çox məlumat toplamalıyıq. Stabil nəticə üçün oyununu yaxşılaşdırmalısan. Tam yaxından tanış olandan sonra daha yaxşı fikir bildirə bilərəm. Hər oyunda meydana maksimum nəticə üçün çıxmalıyıq. Hər bir oyun bizim üçün böyük təcrübə və təkandır.



Xəbərin oxunma sayı : 166




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap