![]() |
|














“Sputnik” peyvəndinin ən pis düşməni Rusiyanın özüdür – “Bloomberg”
Tarix 21.02.21, 17:18 |
|

ABŞ-ın “Bloomberg” agentliyi tanınmış jurnalist, şərhçi Leonid Berşidskidinin “Sputnik” peyvəndinin ən pis düşməni Rusiyanın özüdür” başlıqlı məqalə yayımlayıb.
“The Daily Show” proqramının sentyabr (2020) buraxılışında kəskin rus aksentini yamsılamağa çalışan bir səs deyir: “O, tam təhlükəsiz və effektivdir. Hardan bilirik? Çünki özü də ayı olan bir alim onu ayının üzərində sınaqdan keçirib”.
Burada Rusiyanın koronavirus əleyhinə istehsal etdiyi “Sputnik V” vaksinindən söhbət gedir.
Həmin buraxılışın yayımlandığı tarixdən çox vaxt keçməsə də, nüfuzlu “The Lancet” jurnalında “Sputnik”in təhlükəsiz və effektiv olduğu barədə məqalə dərc edilib və ona etibar etməyən ölkələrin çox şey itirdiyi yazılıb.
Hazırda “Sputnik” vaksinini sifariş edən ölkələrin sayı artmaqdadır. Amma nəzərə alsaq ki, Rusiya “Sputnik” peyvəndi xeyli əvvəl, ötən ilin avqust ayında istehsal edib və o vaxt digər vaksinlər hələ təsdiqlənməmişdi, onda belə bir sual ortaya çıxır: Bəs niyə bu vaksin indiyə qədər geniş şəkildə tətbiq edilməyib? Nə üçün vaksin çatışmazlığından gileylənən Avropa İttifaqı peyvənd sifariş edərkən “Sputnik”i də sifariş etməyib? Axı həmin vaxt “Sputnik” kimi Avropa İttifaqının sifariş etdiyi peyvəndlər də təsdiqlənməmişdi.
Bütün bu sualların sadə bir cavabı var: Qərb yalnız öz təbliğatına inanır. Rusiya vaksininin necə ələ salındığına baxın. Heç təsəvvür edirsinizmi ki, 2020-ci ildə ABŞ-ın televiziya proqramında Çin və ya Hindistan belə gülünc şəkildə və saxta aksentlə məsxərəyə qoyulsun?
Tomas Fridman bu yaxınlarda “Nyu-York Tayms”a müsahibə verərkən deyib: “Qərbdə Rusiya hər zaman yalnız kürü, araq və matryoşkalarla (rus istehsalı olan oyuncaq növü) məşhur olub. Bizdə isə onlardan kifayət qədər var”.
Rusiyanı “özünü ölkə kimi qələmə verən yanacaqdoldurma stansiyası” adlandıraraq məsxərəyə qoyurlar. Sovet Rusiyasının tərəqqidən kənarda qaldığı, indiki Rusiyanın isə sovet dövründə əldə etdiyi yarımçıq elmi və texnoloji nailiyyətlərdən başqa heç bir uğura imza atmadığını deyirlər. Bu stereotipləri nəzərə alsaq, qlobal səviyyədə tanınan “Pfizer” vaksini ilə müqayisədə Rusiyanın gen mühəndisliyinə əsaslanan, daşınması, saxlanması daha asan olan peyvənd kəşf edə bilməsi heç də inandırıcı gəlməyib.
Bunlara baxmayaraq, koronavirusa qarşı mübarizə ideyası ekspertlərin fikirlərindən asılıdır. Ekspertlər də bilirdilər ki, “Sputnik V”in istehsalının ayılarla əlaqəsi yoxdur. Vaksinin istehsalı üzrə baş mütəxəssis Denis Loqunovun xeyli elmi əsəri çap olunub. O, görkəmli bioloqdur. Cəmi 42 yaşı olduğu üçün sovet dövrünün təsirindən tamamilə uzaqdır.
2016-cı ildə Denis Loqunov onun rəhbərliyi altında fəaliyyət göstərən N.F.Qamaleya adına Milli Epidemioloji və Mikrobioloji Tədqiqatlar Mərkəzindəki tədqiqat qrupu ilə birlikdə “Ebola” virusuna qarşı peyvənd hazırlayıb. Onların hazırladığı peyvəndin Rusiyada istifadəsinə icazə verilib. Vaksin sınaqlar zamanı yüksək nəticə göstərib. Lakin Afrikada Qərb istehsalı olan iki vaksinin istifadəsinə icazə verilsə də, rus peyvəndi rədd edilib.
Bu yaxınlarda tədqiqat qrupu COVİD-19 infeksiyası kimi koronavirusun səbəb olduğu digər bir xəstəliyə – Yaxın Şərq respirator sindromuna qarşı vaksin üzərində işləyib.
COVİD-19 pandemiyası baş qaldıranda Loqunov və onun tədqiqat qrupu digər alimlərdən qabaqda idi. Çünki onların “Ebola” və Yaxın Şərq respirator sindromu infeksiyaları əleyhinə vaksin hazırlamaq təcrübələri var idi. Onlar eyni yanaşmanı tətbiq etdilər. Loqunov ötən il Latviyanın “Meduza” saytına müsahibə verərkən eyni prosesləri “təkrarladıqlarını” bildirmişdi.
Başqa sözlə desək, ekspertlər rus vaksininin digər vaksinlərlə eyni qaydada hazırlandığını bilirlər. Buna baxmayaraq onun etibarlı olduğunu qəbul etmək və dozalar sifariş etmək istəmirlər.
Bu isə təkcə Rusiyanın geridə qalmış ölkə kimi yaratdığı stereotiplərlə əlaqəli deyil. Rusiya istehsalı olan “Ebola” vaksininin digər vaksinlərdən geridə qalmasının Rusiyanın “rusfobiya” adlandırmağı xoşladığı təbliğata aidiyyəti yoxdur, “Sputnik V”in liderlik qazanmaması və Yaxın Şərq respirator sindromu əleyhinə peyvəndin (bu virusla bağlı heç bir rəqib peyvəndin hələ təsdiqlənməməsinə baxmayaraq) eyni aqibətə düçar olacağı fikirləri rusların yaratdığı stereotiplərlə bağlı deyil.
Əsas problem ondan ibarətdir ki, N.F.Qamaleya adına Milli Epidemioloji və Mikrobioloji Tədqiqatlar Mərkəzi dövlət tərəfindən maliyyələşən və hökumətin tabeliyində fəaliyyət göstərən bir təşkilatdır. Rusiya dövləti vaksinlərin inkişafının genişləndirilməsindən başqa hər şeylə məşğuldur. Rusların əksəriyyəti kimi Loqunov da əsas problemi yalnız səlahiyyətlərinin məhdudluğu ilə əlaqələndirir (öz müsahibəsində deyib). Lakin dövlət müəssisəsi üçün biznes strategiyası siyasi mülahizələrlə müqayisədə həmişə arxa plana keçir. Buna görə də “Sputnik”in hazırlanması ölkənin inkişafında bir nailiyyət olsa da, onun istehsalı və paylanmasında uğur qazanmaq mümkün olmayıb.
Vaksin istehsalçıları içərisində ən böyük ölkə olan Rusiya istifadə olunan dozalara görə digər ölkələrdən xeyli geridə qalır. Hətta rus hökuməti ötən ilin dekabrından heç bir yaş məhdudiyyəti olmadan peyvəndin hər kəsə vurula biləcəyini bəyan etsə də, “Sputnik”in böyük dozalarda paylanmasına nail ola bilməyib.
“Sputnik”in satışı ilə bağlı uğursuzluq Rusiyanın vaksini qısa zamanda təsdiqləməyə çalışması ilə başlandı. COVİD-19 infeksiyasına qarşı tibbi vasitələrin tətbiqinə gəlincə, bir çox ölkələr bürokratik yanaşmaları bir kənara atıb risk edirlər. Lakin Rusiya dünyada COVİD-19 əleyhinə ilk peyvəndi elə bir məqamda təqdim etdi ki, hətta Loqunovun fəaliyyəti ilə tanış olan ekspertlər də onun təhlükəsizliyinə şübhə ilə yanaşdılar. Həmin vaxt elə suallar ortaya çıxdı ki, onları yalnız əlavə sınaqlar və ekspert qiymətləndirməsi aparmaqla cavablandırmaq mümkün idi. “Lancet” vaksin barədə məqalə dərc edəndə artıq 2021-ci ilin fevral ayı idi.
Vaksin istehsalına cəlb olunan özəl əczaçılıq şirkətləri səssiz-səmirsiz əsas əczaçılıq bazarlarında zəruri icazələri almağa çalışarkən, nəzarət orqanlarından prosesi sürətləndirməyi xahiş edərkən və pərdə arxasında dövlət sifarişçiləri ilə qiymət və təchizat barədə danışıqlar apararkən rus hökuməti bütün dünyaya öz nailiyyətini nümayiş etdirməklə və “Sputnik”in əsas əczaçılıq bazarlarına çıxış imkanlarına zərər vurmaqla məşğul idi.
Böyük lobbiçilik resurslarına malik “Pfizer” və “AstraZeneca” kimi şirkətlər yaxşı nəticə əldə etmək üçün nə etməli olduqlarını çox yaxşı bilirdilər. Rusiyadakı təbliğatçılar isə daha çox səs-küy yaratmağa maraq göstərir və uğursuzluğu rusofobiyanın adına yazırdılar.
Rusiyanın peyvənd siyasətindəki digər böyük səhvi isə prezident Vladimir Putini marketinq prosesinə cəlb etmək idi. Putin riyakarlıq etdiyi üçün çox az insan onun sözünə inanır. Lakin bu, vaksinin uğursuzluğunun yeganə səbəbi deyildi. Qərb ölkələrinin Putini qalib kimi görməyə həvəssiz yanaşması da səbəb deyildi. Putin “Sputnik”in üstünlüyündən ağızdolusu danışsa da, hər kəsin gözü qarşısında vaksin vurdurmadı, bu isə onun vaksin siyasətində uğursuzluğa düçar olması ilə nəticələndi.
Rusiya dövlətinin bu vaxta qədər atdığı addımlar “Sputnik”ə etibarlılıq qazandırmaq əvəzinə onu daha da gözdən saldı. Bu da öz növbəsində vaksinin satışında problemlər yaratdı. N.F.Qamaleya adına Milli Epidemioloji və Mikrobioloji Tədqiqatlar Mərkəzinin öz istehsal laboratoriyası var və Rusiyadakı bir neçə şirkətə lisenziya ilə “Sputnik” peyvəndi hazırlamağa icazə verilib. Lakin vaksinin beynəlxalq miqyasda paylanması yalnız onu istifadə üçün təsdiqləyən ölkələrdə yerli istehsal tərəfdaşları olduqda mümkündür. Fevralın 2-nə qədər vaksinin tətbiqi ilə bağlı bir neçə sövdələşmə əldə edilmişdi və “Sputnik V” peyvəndinə bir biznes layihəsi kimi yanaşan Rusiyanın Birbaşa İnvestisiya Fondunun ötən müddət ərzində təchizat zəncirinin genişləndirilməsi istiqamətində hər hansı addım atıb-atmadığı məlum deyildi. Fondun rəhbəri Kiril Dmitriyev təchizatda yaranan çətinliklər səbəbindən vaksinin istehsalının artırılmasında problemlər ola biləcəyi barədə xəbərdarlıq edib.
Fondun fəaliyyəti biznes yönümlü olsa da, o, rus hökumətinin bir qolu olan suveren strukturdur. Fond vaksinin tətbiqini genişləndirmək əvəzinə maneələr yaradır. Vaksinə yalnız İran və Nikaraqua kimi anti-Qərb siyasəti aparan və ya yoxsulluqdan əziyyət çəkən ölkələr maraq göstərir. Rusiya istehsalı olan məhsulu almaq hardasa mümkündür, lakin əsas problem Putin rejimi ilə birbaşa sövdələşmə əldə etməkdir. Dmitriyev fevralın əvvəllərində deyib ki, Rusiya ilə tərəfdaşlıqda açıq-aşkar siyasi məhdudiyyətlər olduğuna görə Qərbin böyük əczaçılıq bazarlarında vaksinin təsdiqlənməsi onlar üçün prioritet deyil. Bəs çətinliklər bu qədər açıq-aşkardırsa, nə üçün rus hökuməti peyvəndin beynəlxalq miqyasda paylanmasını hökumətlə heç bir bağlılığı olmayan özəl bir şirkətə həvalə etməyib? Bəlkə hədəf genişmiqyaslı uğur əldə etmək deyil? Bəlkə Rusiya bütün dünyanın onunla sövdələşməyə hazır olduğu halda Qərbin ondan necə çəkindiyini göstərmək üçün paylama xəritəsi yaratmaq istəyir?
Başqa sözlə desək, rus hökuməti savadlı mütəxəssislərin iştirakı ilə yüksək effektivliyə və rəqabət qabiliyyətinə malik vaksinin istehsalını maliyyələşdirsə də, onun marketinq və paylama sahəsindəki ağır siyasiləşmiş strategiyası peyvəndin qlobal nailiyyət əldə etməsinə mane olub. Bir Almaniya sakini kimi mən alman hökumətinin əhalini COVİD-19 vaksinləri ilə adekvat miqdarda təmin edə bilməməsini qınayıram, lakin “Sputnik”i sifariş etmək imkanını əldən verməsinə qəzəblənmirəm. Rusiyanın “satış cəhdləri” bu vaksindən imtinanın əsas səbəbidir.
Mənbə: Novator.az
Xəbərin oxunma sayı : 814
loading...
Dünya
Xəbərlər
-
Sərt karantinlə bağlı daha bir açıqlama - VİDEO
-
Millimizin baş məşqçisi Portuqaliyaya meydan oxudu: “Onları bilmirlər ki...“
-
İşğalçı erməni hərbçilərinin terrorçuluğu formaları ilə sübut olundu - FOTO/VİDEO
-
Dörd aydan çox komada qalan qazimiz şəhid oldu - FOTO
-
Sabiq nazir həbs edildi - Azərbaycanda (FOTO)
-
Əksər rayonlarda qar və yağış yağıb – FAKTİKİ HAVA
-
Vətən Müharibəsinin yeganə qadın şəhidi məzarı başında anıldı - VİDEO
-
“Dərs vaxtı”nın sabaha olan qrafiki açıqlandı – Cədvəl
-
Yağan qar Göygöldə hərəkəti çətinləşdirib – Polis gücləndirilmiş iş rejiminə keçib
-
5-ci kolonla mübarizədə Ukrayna nümunəsi: Moskvaya bağlı bütün telekanallar bağlandı
-
Gəncədə sürücülərə xəbərdarlıq edilib – Havanın kəskin dəyişməsi ilə əlaqədar
-
Papa Fransisk:“Qadına hörmət olunsun və qorunsun!”
-
Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar qazandı
-
Professordan xəbərdarlıq: “Karantin tədbirləri sərtləşdirilə bilər”
-
Rusiya deputatları “Facebooku”-u ittiham edir – Cərimə hədəsi
-
Azərbaycanda son sutkada 195 nəfər COVID-19-a yoluxub – 6 nəfər vəfat edib
-
Qarabağda erməni zabitlərin həbsinə başlanıldı - Paşinyan göstəriş verib
-
ABŞ Türkiyənin 30 helikopterin Pakistana tədarükünün qarşısını alıb –İbrahim Kalın
-
Səudiyyə Ərəbistanı, Asiya və ABŞ üçün neft qiymətlərini artırdı –“Bloomberg”
-
DİN-dən aksiya ilə bağlı açıqlama:“Saxlanılan olmayıb“
-
“Mədəniyyət nazirinin yanına gözəl təkliflə getmişdim, amma...“ - VİDEO
-
“Barsa”nın yeni prezidenti: “Messinin qalması üçün hər şeyi edəcəyəm”
-
Nazir xanımları təbrik etdi - FOTO
-
KOBİA qadın sahibkarların sayını açıqladı
-
Rusiyanın “Sputnik V” vaksini ilə bağlı xəbərdarlıq – “Peyvəndləmə təxirə salına bilər?
-
“Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir“ - Emin Əmrullayev
-
Deputat iqtidardan seçki islahatı gözləyir:“Azərbaycanda maksimum 6 güclü siyasi partiya olmalıdır“
-
Bu şəhərin sakinləri artıq gələcəkdə yaşayır - FOTOLAR
-
20 ildə azərbaycanlıların avtomobil seçimi necə dəyişdi? - FOTO
-
Dövlət qurumları pulumuzu kimə etibar edib?-“McKinsey&Company”-nin adı milyardlıq korrupsiya qalmaqalında
-
Azərbaycan enerji, nəqliyyat sahəsində yeni zirvələr fəth edir
-
Zəngilanın Qaragöz kəndi - VİDEO
-
Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidə
-
Azərbaycan nefti həftə ərzində 5%-dən çox bahalaşıb – Qiymət
-
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı - FOTO+VİDEO
-
“Bizimlə kimsə təkəbbürlə danışa bilməz“ - Türkiyə prezidentinin sözçüsü
-
“Şəhid analarının qarşısında baş əyirəm“ - Mehriban Əliyeva
-
Bakıda Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib – FOTO
-
Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid oldu - FOTO
-
İkinci Şəhidlər Xiyabanında səliqəsiz vəziyyətdə olan məzarlar abadlaşdırıldı - VİDEO
-
Bu gün - 8 Mart dünyada Beynəlxalq Qadınlar Günüdür
-
“Cavan oğlanlardan evlilik təklifi almışam“ - Nazpəri + Video
-
“Rusiya ilə müharibəyə hazır olan yeniyetmələrin sayı artır” - Estoniyanın Müdafiə naziri
-
Operativ Qərargah qadağalar tətbiq edəcək - VİDEO
-
Ərli qadın sevgilisi ilə 5 il gizli görüşdü, sonra şantaja məruz qaldı - Bakıda
-
Saniyədə 30 min qazanan ən zəngin rus - Potanini Putin ailəsi ilə nə birləşdirir?
-
Bankirin məhkəməsində yüksək vəzifəli şəxslərin adları hallandı: “Məni çağırıb dedilər ki...“
-
“Konstruktiv mövqeyimizdən imtina etməyəcəyik” –“Gürcü Arzusu” qalmaqallı səsyazısı ilə bağlı bəyanat yaydı
-
“Zirə“ argentinalı hücumçu transfer etdi - RƏSMİ
-
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi – VİDEO
-
Türkiyəyə qarşı məkrli plan - Minlərlə terrorçu hazırlanır
-
Xaçmazda gənc dönərxanada zəhərlənərək ölüb - Daha 1 nəfər xəstəxanaya yerləşdirilib
-
Roma Papası qadınlarla bağlı müraciət etdi:“Qadına hörmət edilməli və qorunmalıdır”
-
Qardaşlarımızla tək ürək olmağa davam edəcəyik - Hulusi Akar
-
Ağdam rayonunun Suma kəndi –VİDEO
-
Ukraynada müharibə başladı - separatçılar hücuma keçdi - 20 ölü...
-
“Yoluxma 500-ü ötsə, karantin sərtləşdirilə bilər“ - Həkim
-
Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var
-
Azərbaycanda son sutkada koronavirusa 403 yoluxma qeydə alınıb - 3 nəfər vəfat edib
-
ABŞ-da holdinq sahibi, siyasi analitik, bloqer... Azərbaycanlı qızın uğur hekayəsi
-
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
-
Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
-
“İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır” – Statistika
-
Vaqif Abdullayev YAP-ın qurultayından yazdı - “Sosial islahatlar ildən-ilə genişlənir...“
-
Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - VİDEO
-
Eldar Sabiroğlu YAP-da qalır? - “Adama nə qədər sual verərlər…“
-
“Azərbaycan Ordusunun 9 000-ə yaxın hərbi qulluqçusu peyvənd olunub” – Müdafiə Nazirliyi
-
Bakıda küləklə əlaqədar qaz xətti zədələnib - Abonentlərin təchizatında fasilə yaranıb
-
“Ağıllı və səsli“ şəhər - Bakı nə zaman buna hazır olacaq?
-
“Azərsu” rəhbərinin biznes şəbəkəsi də üzə çıxdı - VİDEO
-
Sabah hava necə olacaq? - Meteohəssas insanlar üçün əlverişsiz...
-
Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib – FOTO
-
Şərurlu İsfəndiyarın restoranında dava - Müğənni aranı qatdı, aşığı vurdular
-
“Ayda 15 manat alırdım, qalanı direktora çatırdı“ - Lütfi Qədirovun məhkəməsi
-
Gürcüstanda qalmaqallı səsyazısı yayıldı: Baş nazirin istefası tələb olunur
-
Vətəndaş həmrəyliyindən siyasi həmrəyliyə doğru
-
Füzuli rayonunun Qarakollu kəndi – VİDEO
-
Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - FOTO
-
Qarabağa ilk onlar qaytarılacaq - VİDEO
-
Azərbaycanlı rəqqasə qarlı havada soyundu - VİDEO
-
Benzema derbidə oynayacaq? - Zidan açıqladı
-
Qida Təhlükəsizliyi İnstitutundan fantastik satınalma - 48 min nəyə xərclənəcək?
-
Yeni siyasi reallıq fonunda siyasi dialoq
-
Direktorluğa namizədlərin imtahanı dayandırıldı - Nazirlikdən açıqlama
-
Zakir Fərəcova məxsus olduğu iddia edilən restoran karantin qaydalarını pozdu
-
“SMS icazə bərpa edilməlidir, başqa yol yoxdur” - AÇIQLAMA
-
Vergi Xidməti Real TV-nin sahibini məhkəməyə verdi – 2,8 milyon manata görə...
-
Ucuz avtomobildən çox, bahalıdan az rüsum alınır - Müqayisəli statistika
-
Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı - Açıqlanıb
-
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır
-
QHT-lər parlamentdə Ombudsmanın məruzəsinin müzakirəsinə dəvət edilib - İlk dəfə
-
Bir gündə 353 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
-
DİN-dən bir qrup qadının 8 Mart aksiyası ilə bağlı - XƏBƏRDARLIQ
-
Cəbrayılın Papı kəndindən görüntülər - VİDEO
-
“Oba” market malların istehsal tarixlərini dəyişirmiş - Rəsmi açıqlama
-
Sabahdan hava şəraiti kəskin dəyişir – XƏBƏRDARLIQ
-
DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var
-
“Qurultayın qərarından məyus olsam da...“ - Əli Həsənovdan açıqlama
-
Fransa səfiri Füzulidə gördükləri barədə:“Bu, çox təsiredici haldır“
-
“Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü olacaq“ - Mövlud Çavuşoğlu
-
Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
-
Hacıbala Abutalıbov Bakıdan köçüb - “Villa tikdirib və indi orada yaşayır
-
Dövlət proqramlarının qiymətləndirilməsi təkmilləşdiriləcək – Fərman
-
“Bura Allahın evidir, amma ermənilər burada heyvan saxlayıblar“ - Əşrəf Adəm
-
Moskva Qərbin sanksiyalarına cavab hazırlayır – “Biz də onları təəccübləndirəcəyik”
-
Dünyanın ilk kosmik oteli... - FOTOLAR
-
Prezident Azərbaycan qadınlarını təbrik edib - MƏTN
-
Mingəçevir xəstəxanasında hər gün 1400 manatlıq yemək yeyilir – 426 minlik müqavilə
-
“Ermənilər bütün müsəlmanların dini hisslərini təhqir ediblər” - Prezidentin köməkçisi
-
Zəngilanın Qaradərə kəndi - VİDEO
-
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib - SİYAHI
-
Azərbaycanda yeni qoşun növü yaradılır - Türk general açıqladı
-
Vilayət Eyvazovdan növbəti təyinat - FOTO
-
“Azəbaycanda tətbiq olunan vaksin çox ümidvericidir“ - Gürcü immunoloq
-
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək - Bu gün
-
Qələbimizə aparan yol
-
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür - Dünyasını dəyişməsindən 66 il ötür
-
Bu gündən ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək – Martın 9-dək
-
Aktrisa Pərvin Abıyevanın seksual libası - FOTO
-
200 min nəfər Ermənistanı tərk etmək istəyir - Böyük miqrasiyanın başlanğıcı
TOP 10
ARXİV