![]() |
|














“Sputnik Azərbaycan”dan ayrılan redaktor: “Özlərini elə aparırlar ki, guya əqli zəiflərə rəhbər göndəriliblər”
Tarix 05.08.22, 19:22 |
|

“Sputnik Azərbaycan”ın rus redaksiyasının dörd redaktorunun eyni gündə və qəfil istefası cəmiyyətdə rezonans doğurub. Müzakirələrlə yanaşı, sosial şəbəkədə bu istefaların motivləri barədə yayılan iddialar marağı daha da qızışdırıb.
Oxu.Az “Sputnik Azərbaycan”ın istefa verən redaktorlarından biri olan Cəmilə Əfəndiyeva ilə həmsöhbət olaraq hadisənin kökünü araşdırmağa çalışıb.
Müsahibəni təqdim edirik:
- Redaksiyadan, özü də dördlükdə ayrılmağınıza səbəb nə oldu? Nə qədər müddət idi orada çalışırdınız?
- Dörd il yarım orada işlədim. İşdən getmək barədə ərizəni dünən üç həmkarımla – Yelena Starostina, Zülfiyyə Qurbanova və Gülzar Mustafayeva ilə birlikdə yazdıq. Səbir kasamızı dolduran son damla habın yeni direktoru Vitali Denisovun Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatına tamamilə zidd olan açıqlamasını sayta yerləşdirməmiz üçün israr etməsi oldu. Rusiya MN-in mətnində çoxdan mövcud olmayan “Dağlıq Qarabağ” sözləri yazılmışdı, üstəlik onlar Azərbaycan tərəfini rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidə atəşkəsi pozmaqda günahlandırırdılar.
Həmin gecə növbədə olan buraxılışa məsul redaktor ümumi işçi çatda yazdı ki, biz xəbəri bu formada dərc edə bilmərik. Yəni Azərbaycan MN-in bəyanatına ziddir, biz isə, agentlik Rusiyaya məxsus olsa da, Azərbaycanda işləyirik. Ancaq Denisov israr etdi ki, xəbər çıxmalıdır, agentlik Rusiyanın olduğuna görə də Rusiyanın nöqteyi-nəzərini əks etdirməlidir. Guya biz öz üzərimizə böyük məsuliyyət götürürük və bizim məsləhətlərimizi heç soruşmur. Növbədə olan redaktor çatda bildirdi ki, sabahı gün ərizə yazacaq. Biz də onunla həmrəy olduğumuzu bildirdik.
- Bu qərarınız necə qarşılandı?
- Həmin insanla heç bir razılığa gəlmək mümkün deyil. O özünü komandir kimi aparır. Keçmişdə hərbçi olub deyə elə hesab edir ki, biz ona əsgər kimi sözsüz tabe olmalıyıq. Ümumiyyətlə, Moskvanın “Sputnik Azərbaycan”a göndərdiyi bütün direktorların, şef-redaktorların hamısının bir problemi var: Özlərini elə aparırlar ki, elə bil əqli cəhətdən geri olan insanların internatına rəhbər göndəriliblər. Azərbaycan haqda heç bir təsəvvürləri yoxdur, elə bilirlər ki, sovet vaxtı necə idisə, elə də qalıb. Bizi isə heç nə anlamayan, inkişafdan qalan insanlar sayır, özlərini də bu düşüncəyə müvafiq aparırlar. Etirazları isə qəbul etmirlər. Buna rəğmən, V.Denisov dünən bizim bəzilərimizi (məni yox, əlbəttə ki) fikrimizdən daşındırmağa çalışdı, taym-aut götürməyə, bir az düşünməyə imkan yaradacağını dedi. Biz isə ona “qırmızı xətt”imizin, nə qədər pafoslu səslənsə də, Azərbaycanın maraqları olduğunu bildirdik. Yəni nə olursa-olsun, biz ölkəmizin əleyhinə olan addımlara imkan verməyəcəyik.
- Yaxşı maaşı olan işdən getmək asan qərar deyil.
- Əlbəttə, hazırkı dövrdə dörd yetişkin adamın, öz ailələri və yaxınları qarşısında öhdəlikləri olan şəxslərin qəfildən yaxşı əməkhaqqı ödənilən işdən getmələri oyuncaq deyil. Təəssüf ki, hazırda V.Denisovun ətrafında onunla həmfikir olan bir neçə şəxs var. Onlardan biri də sosial şəbəkədə yazıb ki, guya biz gedişimizi patriotizmlə pərdələyirik. Ancaq ümumi işçi çatda yazışmalar sənədli-sübutlu şəkildə əlimizdədir. Kimə və nə zaman tələb olunarsa, təqdim edə bilərik. Odur ki, vətənpərvərliklə pərdələnmək iddiası çox gülüncdür.
- Saytın Rusiya nöqteyi-nəzəri hər zaman söhbətlər doğurur.
- Müharibədən əvvəl də, müharibə zamanı da, ondan sonra da (Vətən müharibəsi – red.) sırf bu nöqteyi-nəzəri təşviq etmək cəhdləri vardı. Ancaq biz həmişə razılığa gələ bilirdik ki, nahamar məqamları hamarlayacağıq və heç bir şey Azərbaycanın maraqlarına zidd olmayacaq. Filialın əvvəlki direktoru həmişə belə məsələləri tənzimləyirdi. Amma Veronika Trizno bizə şef-redaktor gələndə o meyillər yenidən gücləndi. Trizno dəfələrlə ermənipərəst, hətta sırf Azərbaycanın əleyhinə olan materialları saytda yerləşdirməyə cəhd etdi. Xoşbəxtlikdən, Miqrasiya Xidməti onun Azərbaycanda işləmək və yaşamaq lisenziyasının müddətini uzatmadı və o getdi. Vitali Denisov isə buradadır və öz siyasətini yeritməyə çalışır. Odur ki, bizim işdən getməyimizin səbəbi məhz haqqında danışdığım Rusiya MN-in qərəzli xəbəri oldu.
Biz gedəndən sonra Denisov işçiləri toplayıb və deyib ki, guya biz onu şantaj etmişik (çox gülünc iddiadır, çünki işdən getmək haqda qərar gecə yazılıb və səhər də ərizə təqdim olunub), bizim peşəkarlığımızı, intellektimizi, hətta tərbiyəmizi şübhə altına alıb. Sonra isə Moskva ilə danışıqlar aparıb, yazışmalarımızı onlara göstərib və bundan sonra gedişimizə maneə törətməyib.
- “Sputnik Azərbaycan” çox zaman ölkə cəmiyyəti tərəfindən birmənalı qəbul olunmayıb. Dəfələrlə oradan getməyiniz üçün çağırışlar edilib. Bu KİV-də özünüzün və həmkarlarınızın fəaliyyətini necə dəyərləndirirsiniz?
- Müntəzəm olaraq azərbaycanlı həmkarlarımızın iradlarına tuş gəlirdik, ancaq mən həmişə demişəm ki, nə mən, nə iş yoldaşlarım heç vaxt vicdanımızla sövdələşmə aparmamışıq, Azərbaycan əleyhinə material dərc etməmişik. Var qüvvəmizlə belə tələblərə qarşı durmuşuq. İndi isə artıq gücümüz qalmadı və getdik. Həmişə deyirdilər ki, guya biz Marqarita Simonyana işləyirik. Ancaq biz onu nə görmüşük, nə eşitmişik, birbaşa heç vaxt bizə göstəriş verməyib. Bizim işimiz ondan ibarət olub ki, Azərbaycanın maraqlarına orada heç kim toxuna bilməsin. Buna başımla cavabdehəm.
Rusiya-Ukrayna məsələsinə gəlincə, Azərbaycan da bu məsələdə neytral mövqe nümayiş etdirdiyinə görə, təbii ki, agentlikdə Rusiyanın mövqeyi əks olunurdu.
“Sputnik Azərbaycan”dan getmək çağırışlarına gəlincə, mövqeyim həmişə belə idi ki, şərait imkan verənə qədər orada çalışacağam. Yəni mən getsəm, onların nöqteyi-nəzərinə boyun əyən başqa biri və ya biriləri gələcək və ən azından, rus versiyasında ağızlarına gələni yaza biləcəklər. Yəqin ki, bundan sonra elə də olacaq. Çünki bizim gedişimizdən sonra redaksiyadan bir nəfər sosial şəbəkədə “Hazırdır” işarəsi ilə paylaşım etdi.
- İstefanızdan sonra sosial şəbəkədə belə məlumat yayıldı ki, guya sizdən biriniz saytın şef-redaktoru olmaq istəyib, ancaq bu ambisiyasını gerçəkləşdirə bilmədiyindən ərizə yazıb və qalan üç nəfəri də özü ilə getməyə məcbur edib. İstinad isə insayder göstərilirdi.
- Bayaq da dediyim kimi, Denisovla həmrəy olan bir həmkarımız belə bir iddianı yayıb. Təbii ki, yalandır. Qeyd etdiyim səbəbi sübut edən skrinşotlarımız var. İşi itirmək olar, adam gərək vicdanını itirməsin. Bəzi adamların “fabrika əyarlarında” vicdan yoxdur, ona görə itirməyə də heç nələri yoxdur.
- Həyatınızda “Sputnik” səhifəsini bağladınız. Yeni iş təklifləri gəlirmi?
- Bəli, təkliflər alırıq. Ancaq hamıya deyirik ki, dincəlməyə ehtiyacımız var. Bilirdik ki, rezonans olacaq – birdən-birə dörd redaktorun işdən ayrılması asan deyil. Bizə artıq əvəz də tapıblar. Həm indiyədək yaşadıqlarımıza, həm də hazırda yaşadıqlarımıza görə - bəzi keçmiş həmkarlarımız haqqımızda ağlagəlməz iddialar yayırlar – stres keçiririk deyə dincəlmək lazımdır.
Hətta sosial şəbəkələrdə dostluq təklifləri də çoxalıb, bu hərəkətimizi alqışlayanlar da çoxdur. Mən həmişə deyirəm ki, həmişə göz qabağında olanlar baş redaktorlar və jurnalistlərdir. Buraxılışa məsul redaktorlar isə çox zaman pərdə arxasında, kölgədə qalırlar. Odur ki, yəqin, nadir haldır ki, məsul redaktorlar da belə rezonans doğura bildilər, populyar oldular.
Dincəlib, gələcəyə baxacağıq.
Xəbərin oxunma sayı : 742
Sosial
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir - FOTO
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
-
İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb - Tramp
-
Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO
-
Azərbaycan Polisi 107 yaşında - FOTO
-
Elçin Şıxlı həbs olunan qohumundan danışdı - “Biabırçılıqdır”
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
TOP 10
ARXİV